Arxiv
20 Sentyabr 2019, 13:48 | AKTUAL
“Azərbaycanın MDB-yə daxil olmasını zəruri edən səbəblər vardı” - Deputat

20 sentyabr tarixi həm də 1993-cü ildə Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulması haqqında qərar qəbul etdiyi gündür. Heç şübhəsiz ki, bu, Azərbaycanın  ən yeni siyasi tarixində  mühüm günlərdən biri kimi yadda qalmışdır.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Azərbaycanın MDB-yə daxil olmasını zəruri edən bir çox səbəblər vardı:

“Bunlar həm iqtisadi-siyasi, həm də mədəni-humanitar sektorla əlaqəli idi. Çünki Azərbaycanın da  aid olduğu vahid siyasi məkanda keçmişdə özünəməxsus ortaq münasibətlər sistemi formalaşmışdı və postsovet məkanında yaranan yeni bir təşkilatlanmada Azərbaycanın iştirak etməməsi onu məhz bu mühüm əlaqələrdən məhrum edə bilərdi.

Üstəlik, Azərbaycan 1993-cü ildən sonra çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirməsini müəyyənləşdirmiş, istər Qərblə, istər digər geostrateji rayonlarda yerləşən müstəqil dövlətlərlə öz münasibətlərini milli maraqlarımıza uyğun olaraq tənzimləmə məqsədini qarşısına qoymuşdu. Belə olan halda heç şübhəsiz ki, MDB ölkələri ilə münasibətlərin də məhz yüksək səviyyədə olması dövlətçilik maraqlarımız baxımından aktual idi"', - deyə Hikmət Babaoğlu bildirib.

Baş redaktor qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycanın qarşısında duran bir sıra problemlər də vardı.


“Onlardan biri Xəzər dənizinin  karbohidrogen ehtiyatlarının istismarı idi. Azərbaycanın iqtisadi gələcəyini təmin etmək məqsədilə enerji resurslarının istismarını həyata keçirmək üçün mütləq beynəlxalq müqavilə imzalanmalı idi. Həmin sənəd bir il sonra sentyabrın 20-də imzalandı. Əlbəttə ki, Xəzəryanı ölkələrlə xüsusilə Rusiya, Qazaxıstan və digər MDB ölkələri ilə münasibətlər yüksək səviyyədə olmasaydı, həm “Əsrin müqaviləsi”nin imzalanmasında, həm də regional inteqrasiya ilə bağlı digər addımların atılmasında çətinlik yarana bilərdi".


Hikmət Babaoğlu xatırladıb ki, sözügedən qərardan sonra sentyabrın 24-də böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin Moskvaya səfəri, MDB üzvü olan dövlətlərin Dövlət Başçıları Şurasının iclasında iştirakı, orada apardığı danışıqlar Rusiya-Azərbaycan münasibətlərinə yeni  dinamizmin gəlməsini, qarşılıqlı etimadın yaranmasını şərtləndirdi. Bu qərar eyni zamanda, Azərbaycana sosial-iqtisadi və digər sahələrdə öz siyasətini həyata keçirmək üçün yeni şərtlər yaratdı.

Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün yaxın keçmişimizdə qəbul etdiyi həm bu, həm də digər düzgün tarixi qərarlar sayəsində regionun və bütövlükdə Avropa  siyasi coğrafiyasının ən mühüm aktorlarından birinə çevrilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36 Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI 26 May 2020, 00:20 Bakıda motosiklet avtomobilə çırpıldı: 1 ölü 26 May 2020, 00:03 Bakıda mağazalara girib bütün borcları ödədilər - VİDEO 25 May 2020, 23:46 Prezident Pir Ömər Sultan ziyarətgahında - YENİLƏNİB, FOTO 25 May 2020, 23:30 Bu ölkədə son sutkada daha 90 nəfər koronavirusdan ölüb 25 May 2020, 23:28 Əli Kərimlinin köməkçisi həbs olundu 25 May 2020, 23:13 Gəncədə avtomobil quyuya düşdü 25 May 2020, 22:59 Goranboyda polis əməkdaşı intihar etdi 25 May 2020, 22:43 Balakənə dolu düşdü 25 May 2020, 22:30 Britaniyada koronavirusdan bir sutkada 121 nəfər öldü 25 May 2020, 22:19 Bakıda ağır qəza 25 May 2020, 22:08 Repçi anası ilə birgə yanaraq öldü 25 May 2020, 21:53 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu - YENİLƏNİB 25 May 2020, 21:42 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 369 nəfərə çatdı 25 May 2020, 21:32 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında - YENİLƏNİB 25 May 2020, 21:14 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 25 May 2020, 21:08 Qazaxda ikimərtəbəli ev yandı 25 May 2020, 21:01 “Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir” - İlham Əliyev 25 May 2020, 20:47 Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA - YENİLƏNİB 25 May 2020, 20:33 Daha bir ölkədə teatrlar açılır 25 May 2020, 20:16 Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF irəli sürdü 25 May 2020, 20:09 Naxçıvan-Bakı aviareyslərinin açılması ilə bağlı müraciət edildi 25 May 2020, 20:02 Keçmiş səfir Elmar Məmmədyarovu müdafiə etdi: “Vicdanınız olsun, montajdır!” - VİDEO 25 May 2020, 19:57 Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaltdı 25 May 2020, 19:41 Putinin mətbuat katibi koronavirusdan sağaldı 25 May 2020, 19:13 Bu rayonlarda yağış yağır 25 May 2020, 18:54 “Münasibətlərimizin yüksək səviyyədə olmasından fərəh duyuram” - Lukaşenko 25 May 2020, 18:41 Səudiyyə Ərəbistanında daha 2235 nəfər virusa yoluxdu 25 May 2020, 18:16 Tovuzda maşın aşdı - xəsarət alan var 25 May 2020, 17:59 Orduda ən yaxşı kəşfiyyat qrupu məlum oldu 25 May 2020, 17:47 Azərbaycanda korrupsiya və rüşvətxorluqla kompleks mübarizə aparılır 25 May 2020, 17:39 Biləsuvarda qoyun oğrusu saxlanıldı 25 May 2020, 17:23 İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ 25 May 2020, 16:54