Arxiv
20 Sentyabr 2019, 15:58 | ƏDƏBİYYAT
Şairlik Yaradandan payıdı Musa Yaqubun

(“Musa Yaqubun Gərək bu sözümü daşlara yazam” kitabı haqqında düşüncələr)

 

Rişələri çox dərinə getmiş ağaca bənzədirlər Musa Yaqubu. Ağac köksündə ucaldığı torpağın mineralları hesabına yaşayır, böyüyür, qol-budaq atır. Musa Yaqub ağacdan dəyərlidi. Musa Yaqub əksinə, qoynunda yaşadığı Vətənə, torpağa minerallar bəxş edir, nəfəs verir, onun gələcəyini pöhrələndirir.

…Musa Yaqub həm də ağacın özüdür. Meyvələr yetişdirir, kölgəsində daldalandırır.

…Musa Yaqub həyatın özüdür. “Nə hal varsa təbiətdə, o hal vardır cəmiyyətdə” söyləyib Musa Yaqub. Həyat cəmiyyətlə təbiətin vəhdətindən yaranıb. Musa Yaqub həm cəmiyyət, həm təbiətdir.

…Musa Yaqub özüldü, ilkin olmasa da spesifik bünövrədir. Təkcə poeziyamızda yox, vicdanımızda, əxlaqımızda, gündəlik həyat tərzimizdə…

…Xalq şairi Musa Yaqub qiymətini almamışdı. Özündən başqa hamımız narahat idik buna görə. Dilə gətirənlər də, dilə gətirə bilməyənlər də…

…Musa Yaqub tariximizdi. Günümüzün gerçəkliklərini qələmə aldığına görə. Təkcə ona görə yox. Əsərlərində “gerçək tariximiz”i kağız üzərinə köçürüb möhürlədiyinə, bizlərə hazır təhvil verdiyinə, həm də yüksək səviyyədə - bəzək-düzəksiz, amma olduğu kimi, xəyanətsiz yarada bildiyinə görə. Bu barədə yazmışdım.

…Musa Yaqub şairdi. Seçilmiş İNSAN, seçilmiş bəndədi. Bu onun özündən bixəbər, Böyük Yaradandan payıdı. Yaradanın fırçasından, qələmindən kim qurtula bilərdi ki… Təbiətin dili ilə cəmiyyətə fayda verəcək şair doğulmuşdu, şair də olmalıydı:

- Mən səni pərişan qoyub gəlmişəm

Sahibsiz bir kəklik yuvası kimi.

Ruhumda bir qərib nida sızıldar

O ana kəkliyin nəvası kimi.

…Musa Yaqub ədalət tərəzimizdi. Tale insanları, onların nəfslərini sınağa çəkəndə ayıq olmağı bacarmalı idi, bacardı da:

- Bir gözün sən əydin, bir gözünü mən,

Niyə narazıyıq bu tərəzidən.

Sən çeşmə qurudan, mən ağac kəsən

Bir günah sənindi, bir günah mənim.

Günahı hətta özündə də görən kimsəni tapa bilsəniz onun müqayisəsini aparın bu şəxsiyyətlə. Bu şansı yaratdı bizlərə Musa Yaqub.

…Nizamidən, Füzulidən bəri yol gələn Böyük İlahi Sevgiyə də güzgü tutdu Musa Yaqub:

- Demə ki könlümün sınıqları var,

Hicranın köz basmış yanıqları var,

Mənim dərdlərimin ayaqları var

Harda olsa gəlib tapacaq məni

Yaxıb-yandıracaq bu ocaq səni

Sən allah, özünə öyrətmə məni. 

…Qara daşdan da səda istədi istəkli xalqı üçün Musa Yaqub. “Bu dünyanın qara daşı göyərməz” dedi:

- Araz boyu çox mənalar sezmişəm,

Elə bilmə əllərimi üzmüşəm,

Ürəyimə daş bağlayıb gəzmişəm

Bu dünyanın qara daşı göyərməz.

“Qara daş”a səksəndən artıq nəzirə yazıldı. Ölkəmizin ünlü söz adamları tək qoymadılar Musa Yaqubu. Səsinə səs verdilər. Bir daha, dönə-dönə tarixin yaddaşına həkk etdilər ustad şairimizi:

- Musa Yaqub, gözü yolda Təbrizin,

Gözlərinin qara yaşı göyərdi.

Göyərmədi istədiyi bircə dən,

Savalanın qara daşı göyərdi.

                            (Məmməd Araz)

…Şairin Mədəniyyət Nazirliyinin xətti ilə çapa hazırladığımız “Gərək bu sözümü daşlara yazam” adlı kitabı bir daha dogma xalqı qarşısında mənəvi borcudu. Musa Yaqubun bir neçə kitabının redaktoru kimi bu nəşri də qədirbilən xalqımızın qızlarına “cehiz”, oğlanlarına “yaddaş dəftəri” kimi çapa hazırladıq.   



Nəzirməmməd Zöhrablı

       

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda yaşayış binası çökdü 17 Oktyabr 2019, 19:09 Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu 17 Oktyabr 2019, 18:55 Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü 17 Oktyabr 2019, 18:41 Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO 17 Oktyabr 2019, 18:30 Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT 17 Oktyabr 2019, 18:20 Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR 17 Oktyabr 2019, 18:19 65 xarici jurnalist 3 gün Azərbaycanda – FOTOLAR 17 Oktyabr 2019, 18:17 Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir   17 Oktyabr 2019, 17:56 “Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ 17 Oktyabr 2019, 17:54 Zakir Həsənov Pekinə gedəcək 17 Oktyabr 2019, 17:53 Bakıda rəisin evindən yarım milyonluq oğurluq edən şəxslərə hökm oxunub 17 Oktyabr 2019, 17:41 Manat sabah bu məzənnədə olacaq 17 Oktyabr 2019, 17:39 İcra Hakimiyyəti Tərtərdəki aksiyanı TƏSDİQLƏDİ: “Yayılan video yenidir” 17 Oktyabr 2019, 17:24 Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ 17 Oktyabr 2019, 17:20 Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir 17 Oktyabr 2019, 17:15 İlham Əliyevdən çoxmənzilli binaların lift təsərrüfatı ilə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 17:12 Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu 17 Oktyabr 2019, 17:10 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur 17 Oktyabr 2019, 17:10 Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı 17 Oktyabr 2019, 17:06 Sabah bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək 17 Oktyabr 2019, 17:01 Prezident Saleh Məmmədovu qəbuluna çağırdı: “Belə də davam edin!” 17 Oktyabr 2019, 17:00 Mariya Zaxarova rəsmi Bakının etiraz notasına REAKSİYA VERDİ 17 Oktyabr 2019, 16:59 Elina Hacıyevanın anasından Prezidentə MÜRACİƏT 17 Oktyabr 2019, 16:56 Rektor əmr İMZALADI - Universitet müəllimlərinin maaşı 25 faiz artdı 17 Oktyabr 2019, 16:51 Hulusi Akardan şok AÇIQLAMA: “Terrorçular kimyəvi silahdan istifadə edib günahı üzərimizə atmağa çalışır" 17 Oktyabr 2019, 16:49 Prezidentdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 16:41 Putin şəxsən “İsgəndər” raketlərinin sınağını keçirdi 17 Oktyabr 2019, 16:36 Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin rəhbəri HƏBS edildi 17 Oktyabr 2019, 16:33 Zakir Həsənov həmsədrlərlə müzakirə apardı 17 Oktyabr 2019, 16:28 Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd olundu   17 Oktyabr 2019, 16:20 “Biznesdə məmur sahibkarlığı aradan qaldırılsın!” - Deputatdan 8 TƏKLİF 17 Oktyabr 2019, 16:15 “Azərişıq” 9 yaşlı Zəhranın xərclərini qarşılayacaq? - AÇIQLAMA 17 Oktyabr 2019, 15:51 BMU-nun tələbələri beynəlxalq təlimdə iştirak edəcəklər 17 Oktyabr 2019, 15:47 DİN və Baş Prokurorluq Milli Şuraya mitinq XƏBƏRDARLIĞI ETDİ 17 Oktyabr 2019, 15:27 “Türkologiya” jurnalının 3-cü sayı çapdan çıxıb 17 Oktyabr 2019, 15:25