Arxiv
20 Sentyabr 2019, 16:11 | AKTUAL
Beynəlxalq Bankın nümayədələri Bakı Mühəndislər Universitetində

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə Beynəlxalq Bankın IBA Tech Akademiyasının nümayəndələrinin tələbələrlə görüşü keçirilib. 

   

Modern.az xəbər verir ki, görüşdə BMU-nun Elmi işlər üzrə prorektoru Elçin Suleymanov universitetin fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, universitetdə əksəriyyəti ingilis dilində olmaqla mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Tələbələrin ixtisaslarına ingilis dilində yiyələndikləri üçün beynəlxalq təhsil proqramlarında, olimpiadalarda və layihələrdə həmişə uğur qazandıqlarını da nəzərə çatdırıb.

 

Beynəlxalq Bankın idarə heyətinin sədrinin müşaviri Zaur Ələkbərov çıxış edərək tələbələri salamlayıb və görüşün təşkili üçün universitet rəhbərliyinə minnətdarlığını bildirib. Zaur Ələkbərov qeyd edib ki, Akademiyanın yaradılmasında məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq. CISCO, WiX, SIGMA və s. bu kimi qurumlar təmsil olunan və IT təhsili sahəsində bir çox qlobal şirkətlərə tərəfdaşlıq köməyi göstərən “DAN.IT” mərkəzi də Azərbaycan Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihənin icrasında yaxından iştirak edəcək. IBA Tech Akademiyasına  sentyabrın 9-dan qəbul başlayıb və proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə. Təlimlər isə oktyabrın 10-dan Bakıda keçiriləcək.

  

 

“DAN.IT” mərkəzinin nümayəndələri isə bildirib ki, TELEM metodikasının prinsiplərinə görə, IBA Tech Akademiyasına müraciət edən şəxslərin texniki təhsilli şəxslər olması mütləq şərt deyil. Çünki burada hər kəs sıfırdan başlayaraq öyrədiləcək. Tədbirdə o da vurğulanıb ki, burada təhsil almaq istəyən şəxslərin adekvat məntiqi təfəkkürə malik olması, yüksək texnologiyalara maraq göstərməsi, öyrəndiklərini təcrübədə tətbiq etmək marağı çox mühümdür. Çıxış edənlər tələbələrin əsl peşəkarlar kimi yetişdirərək uğurlu karyera qurmalarına kömək göstərə biləcəklərini qeyd ediblər. 

  

 

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ olub 22 Fevral 2020, 08:26 Parisdə Xocalı faciəsinin anım mərasimi - FOTO 22 Fevral 2020, 08:16 Ucarda avtobus piyadanı vurub öldürdü 22 Fevral 2020, 00:53 Tovuzda məktəbli dərs vaxtı bıçaqlanıb 22 Fevral 2020, 00:37 Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi 22 Fevral 2020, 00:21 Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapıldı 22 Fevral 2020, 00:02 Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər 21 Fevral 2020, 23:49 Bakıda gənc oğlanı  dostu bıçaqladı 21 Fevral 2020, 23:43 Sel 6 məktəblinin həyatına son qoydu 21 Fevral 2020, 23:27 İlham Əliyev  və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldu  - FOTO 21 Fevral 2020, 23:09 Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək 21 Fevral 2020, 22:50 Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO 21 Fevral 2020, 22:33 Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir 21 Fevral 2020, 22:14 Leyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTO 21 Fevral 2020, 22:01 "Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham Əliyev 21 Fevral 2020, 21:45 Ərdoğanla Putin arasında qızğın müzakirə 21 Fevral 2020, 21:28 ATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEO 21 Fevral 2020, 21:12 Azərbaycan nefti ucuzlaşdı 21 Fevral 2020, 20:54 Koronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHI 21 Fevral 2020, 20:41 MSK-nın 4 saat çəkən iclası başa çatdı 21 Fevral 2020, 20:32 Sədaqət Vəliyevanın dairəsində məntəqənin nəticələri ləğv edildi 21 Fevral 2020, 20:26 Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi 21 Fevral 2020, 20:16 MSK Könül Nurullayevanın seçki dairəsindən şikayətlərə baxdı 21 Fevral 2020, 20:09 “Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır” - Gündüz İsmayılov 21 Fevral 2020, 20:03 "Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı 21 Fevral 2020, 20:00 Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb - FOTO 21 Fevral 2020, 19:54 Asim Mollazadənin dairəsində məntəqənin nəticəsi ləğv OLUNDU 21 Fevral 2020, 19:47 Naftalanda “kompüter istifadəçisi” peşə hazırlığı kursu təşkil olundu - FOTO 21 Fevral 2020, 19:40 "Azəriqaz"da ixtisarlar olacaq? - Sədrdən AÇIQLAMA 21 Fevral 2020, 19:31 MSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQ 21 Fevral 2020, 19:18 Məzahir Pənahov deputatlığa namizədi zaldan ÇIXARTDI 21 Fevral 2020, 19:10 Qırğızıstan Prezidenti İlham Əliyevi təbrik etdi 21 Fevral 2020, 19:02 Müğənni Manaf Ağayev polisə çağrıldı - RƏSMİ 21 Fevral 2020, 18:55 DSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDI 21 Fevral 2020, 18:50 DTX-nın həbs etdiyi qadın YAP-ın deputatlığa namizədi idi- FOTO 21 Fevral 2020, 18:45