Arxiv
22 Sentyabr 2019, 09:20 | İQTİSADİYYAT
“Problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”

Uzun illərdir Azərbaycanda mövcud olan problemli kreditlərlə bağlı ilk addım bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə atıldı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iyunda açıqladığı məlumata görə, 31 may 2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir:

“Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların 20,5 minə yaxını lisenziyası ləğv edilmiş bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür. Həmin vətəndaşlar 31.05.2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər. Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək”.

Fərmanın icrası bu il dekabrın 31-dək tam yekunlaşdırılmalıdır. Maraqlıdır, indiyədək ödənilmiş kompensasiyalar hesabına problemli kreditlərin həcmi nə qədər azalıb?



“10 min dollardan çox borclar da həll oluna bilər”

 

İqtisadçı Vüqar Bayramov Modern.az-a bildirib ki, növbəti aylarda problemli kreditlərlə bağlı yeni mexanizmlərin tətbiqi gözlənilir:

“Problemli kreditlərinin həllilə bağlı güzəştlərin verilməsi olduqca vacib idi. Güman edirik ki, bu, həm bank sektoruna, həm də vətəndaşların sosial həyatına müsbət təsir göstərib. Palata tərəfindən kompensasiya haqqı olan vətəndaşların siyahısı açıqlanıb, onlara ayrılan ödənişlər həyata keçirilib. Amma bütövlükdə fərmanın icrası 2019-cu dekabrın 31-dək davam edəcək.

Problemli kreditlərlə bağlı oktyabr, noyabr və dekabr aylarında yeni mexanizmlərin tətbiq edilməsi mümkündür. Proses başlanan zaman bir sıra təkliflərimizi hökumətə təqdim etmişik. Bunlardan birincisi, zaminlərlə bağlıdır. Çünki bəzi hallarda kredit götürən şəxs borcu özü ödəməyib, əvəzində zamin ödəyib. Amma kompensasiya zaminə deyil, kredit götürən şəxsə verilib. Öhdəliyi yerinə yetirən zaminlər hansı ki, kreditləri qaytarıblar, onlar kompensasiyadan yararlana bilməyiblər. Biz təklif etdik ki, zaminlərə məhkəməyə müraciət etmək hüququ verilsin. Amma təəssüf ki, bu təklif qəbul olunmadı.

Digər təklifimiz, 10 min dollardan artıq olan kreditlərin differensial olaraq, ilk 10 mininə güzəştin verilməsilə bağlıdır. Proses başlanan zaman təklifi hökumətə təqdim etmişik. Nəzərə alsaq ki, problemli kreditlərlə bağlı fərmanın icrası 2019-cu ilin sonunda başa çatacaq, bu təklifin qəbuluna ümid edirik. Ona görə də hüquqi baxımdan fərmana dəyişikliklər edilməsi, kreditlərin 10 min dollaradək hissəsinə differensial olaraq güzəştin verilməsi mümkündür. Ümid edək ki, ilin sonuna doğru bu istiqamətdə addımlar atılacaq. Çünki 10 min 1 dolları olan vətəndaş bu güzəştlərdən istifadə edə bilmədi. Bizi fiziki şəxslərin borclarının 10 min dollaradək olan hissəsinə güzəştin verilməsini təklif edirik və düşünürük ki, bunun qəbulu ədalətli olar. Zaminlərlə bağlı təklifin qəbulu artıq mümkün deyil, çünki kompensasiya ödənişləri edilib. Güman edirik ki, digər təklifimizin qəbulu mümkündür. Və 10 min dollardan çox borcu olan vətəndaşlarımızın da məsələsi həll ediləcək”.

 

Əhəmiyyətli azalma niyə yoxdur...

Ekspert qeyd edib ki, Fərmanın icrasından sonra problemli kreditlərin həcmi hiss olunacaq dərəcədə azalmayıb:

“Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən avqustun 1-nə problemli kreditlərin həcmi 1 milyard 487 milyon manatdır. Proses başlananda, yəni fevral ayında problemli kreditlərin həcmi 1 milyon 574 milyon manat idi. Prosesdən sonra problemli kreditlərin həcmində 87 milyon manat azalma qeydə alınıb. Amma azalmadakı rəqəm böyük deyil. Rəqəmin kiçik olması hələlik bütün kompensasiyalar üzrə göstəricilərin açıqlanmamasıdır. Güman olunur ki, rəqəmlərin açıqlanması növbəti aylarda problemli kreditlərin həcminə öz təsirini göstərəcək”.

 

“Problemli kreditlərin çoxu biznes kreditləridir”

 

Onun sözlərinə görə, problemli kreditlərin çoxu ya qeyri-istehlak kreditləridir, ya da 10 min dollardan artıq olan kreditlərdir:

“Nəticə etibarilə kompensasiayların ödənilməsi həcmə o qədər də təsir göstərməyib. Təbii ki, ilin yekununda son rəqəmə baxıb onun əsasında fikir yürüdülə bilər. Amma gözlənilir ki, problemli kreditlərin həlli, biznes və 10 min dollardan çox olan kreditlərlə bağlı addımlar atıldıqdan sonra azaldıla bilər. Çünki struktura diqqət yetirsək, problemli kreditlərin həcmində biznes və 10 min dollardan artıq kreditlərin payı çoxdur”.



“İlin sonunadək 10 min dollardan çox borcu olanlara kompensasiya verilə bilər”

 

V.Bayramov bildirib ki, hazırda mübahisəli məsələlərə baxılır:

“Kompensasiya ödənişləri həyata keçirilsə də, hələ mübahisəli məsələlər var. Hansı ki, vətəndaşlar məhkməələrə müraciət edib. Ola bilər vətəndaş kompensasiya məbləğindən narazıdır, yaxud kompensasiyası düzgün hesablanmayıb və s. Fərmana dəyişikliklər edilərsə və 10 min dollardan artıq borclara differensial olaraq kompensasiya ödənilməsi nəzərə alınarsa, onların ilin sonunadək verilməsi mümkündür”.

 

“Qara siyahı”ya düşmüş müştərilərin aqibəti

 

İqtisadçı müştəri tarixçələrinin yenilənməsi məsələsinə də aydınlıq gətirib:

“Mövcud qaydalara əsasən, kompensasiya verildikdən sonra vətəndaşın krediti qalıbsa, restrukturizasiya olunur. Bu zaman vətəndaşa zaman tanınır. Yeni müqavilə bağlandıqdan 6 ay sonra vətəndaş yubanma olmadan kreditini ödəyirsə, o zaman adının “qara siyahı”dan çıxarılması ilə bağlı kommersiya bankına müraciət edə bilər. Əgər müştəri, 1 il dayanmadan öz öhdəliyinə əməl edirsə, kommersiya bankı onun adının “qara siyahı”dan çıxarılmasını təmin edir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 “Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir” - Prezidentdən məmurlara XƏBƏRDARLIQ 16 Oktyabr 2019, 21:47 Prezidentdən tələb: “Müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir” 16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00 2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb 16 Oktyabr 2019, 16:59 Hadisə yerindən qaçan sürücü tutuldu 16 Oktyabr 2019, 16:58 Prezident yeni Dövlət Agentliyi yaratdı - FƏRMAN 16 Oktyabr 2019, 16:50 Şagirdlər niyə sinifdə saxlanılır? - “Uşaqlar “2” aldıqda valideynləri çağırıb deyirlər ki...” 16 Oktyabr 2019, 16:40