Modern.az

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

23 Sentyabr 2019, 10:19

2019-cu il sentyabr ayının 21-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.  

   

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılıb.  

 

Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.    

 

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir