Arxiv
23 Sentyabr 2019, 10:46 | AKTUAL
Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR

Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində dahi söz ustadına həsr olunan xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq.

 

Modern.az xəbər verir ki, ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, həmçinin təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi kreativ xalça eskizləri nümayiş olunacaq.

 

Müsabiqə barədə jurnalistlərə müsahibə verən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ölkə başçısının dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı və 2019-cu ili “Nəsimi ili” elan edilməsindən sonra muzey bu ilə töhfə vermək məqsədilə belə bir müsabiqə elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak ediblər. Müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və digər ölkələr qatılıb. 51 eskiz arasından 3-ü qalib seçilib.

 

Açılacaq sərgidə qalib olan xalçalarla bərabər, müsabiqəyə təqdim olunan bütün eskizlər də nümayiş olunacaq. 

 

Müsabiqədə Fatimə Axundzadənin “Nəsim yeli” eskizi I yer, Rühəngiz Bağırovanın “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı işi II yer, Sürəyya Dadaşovanın “Göz yaşı” əsəri isə III yeri tutub. Müsabiqədə I və II yerlərin qaliblərini münsiflər heyəti müəyyən edib. III yerin qalibi isə muzeyin "Facebook" səhifəsində ən çox tamaşaçı səsi toplamış eskizin müəllifi olub. Hər üç qalib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parisdə kütləvi etirazlar başladı 18 Fevral 2020, 01:07 Koronavirusu müalicə edən həkim də öldü 18 Fevral 2020, 00:43 Cinayətkar qrupunun silahlıları saxlanılıb 18 Fevral 2020, 00:29 Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır 18 Fevral 2020, 00:13 Bakıda qayınata və kürəkən bıçaqlanıb 17 Fevral 2020, 23:58 Rusiyanın bu bölgəsinə Azərbaycandan təyyarələrlə pomidor daşınır 17 Fevral 2020, 23:43 Türkiyə və Rusiya diplomatları danışıqlara sabah davam edəcək 17 Fevral 2020, 23:26 Azərbaycan alimləri İsveçrədə beynəlxalq elmi konfransa qatılıb 17 Fevral 2020, 23:08 Hacıqabulda avtomobil dirəyə çırpıldı: xəsarət alan var 17 Fevral 2020, 22:53 Azərbaycanlı köçkünlərin problemi Beynəlxalq Konfransda qaldırıldı 17 Fevral 2020, 22:37 Karib dənizində təyyarə qəzaya uğradı 17 Fevral 2020, 22:21 25 ölkədə 694 nəfər koronavirusa yoluxdu 17 Fevral 2020, 22:06 Bakıda dəhşətli qəza ölümlə nəticələndi 17 Fevral 2020, 21:49 İdxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələr artırılıb 17 Fevral 2020, 21:33 "İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev 17 Fevral 2020, 21:17 Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib 17 Fevral 2020, 21:06 Avropa İttifaqı Suriyaya qarşı sanksiyalarını genişləndirib 17 Fevral 2020, 20:56 Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİ 17 Fevral 2020, 20:46 Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşdi 17 Fevral 2020, 20:33 Gömrükdə 6000 ədəd "King" markalı siqaret aşkarlandı 17 Fevral 2020, 20:17 Lənkəranda bank ofisində tüstülənmə 17 Fevral 2020, 20:04 “Şahdəniz” qazının ixracı 15% artıb 17 Fevral 2020, 19:56 Təhsil Nazirliyi tender elan etdi 17 Fevral 2020, 19:45 Məşhur teleaparıcı intihar edib 17 Fevral 2020, 19:34 Səfər Mehdiyev müşavirə keçirdi - FOTOLAR 17 Fevral 2020, 19:24 Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTO 17 Fevral 2020, 19:16 Peşə məktəblərinin şagirdləri üçün Azərbaycan dili imtahanı keçirildi 17 Fevral 2020, 19:08 Yolu keçən piyadanı avtomobil vurub öldürdü   17 Fevral 2020, 18:59 Azərbaycanda cinayət törədən qadınların sayı artıb  17 Fevral 2020, 18:50 Dövlət büdcəsində 418 milyon manat qalıq YARANDI 17 Fevral 2020, 18:43 Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq? 17 Fevral 2020, 18:34 Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək - RƏSMİ 17 Fevral 2020, 18:26 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ 17 Fevral 2020, 18:18 Elmar Məmmədyarov Aİ-nin ticarət üzrə komissarı ilə görüşüb 17 Fevral 2020, 18:14 İlham Əliyev-Nikol Paşinyan debatında diqqətdən qaçan MƏQAM 17 Fevral 2020, 18:06