Modern.az

Bu yerlərdə qaz olmayacaq

Bu yerlərdə qaz olmayacaq

24 Sentyabr 2019, 10:15

Bu gün Gəncə şəhərinin və Neftçala rayonun bir hissəsinə qaz verilişində məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a bildirilib ki, bu gün səhər saat 09:00-dan bir neçə orta təzyiqli qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi işləri icra ediləcək. “Gəncə şəhər-1”, “Maşınqayırma”, “Gəncə şəhər-2”, “Avtozavod” orta təzyiqli qaz xətlərində və “Bağmanlar” ölçü qovşağında aparılacaq işlər zamanı Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

Bundan başqa, saat 10:00-dan etibarən Neftçala rayonunun Surra kəndi istiqamətində yeni çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı rayonunun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!