Arxiv
24 Sentyabr 2019, 10:38 | AKTUAL
Rumıniyalı alimdən Kamal Abdullanın yaradıcılığına həsr olunan MƏQALƏ

Rumıniyanın Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas alim Lyudmila Bejenarunun  “Literaturnıy Azerbaydjan” jurnalında  “Kamal Abdullanın yaradıcılığı dünya ədəbiyyatı kontekstində” adlı məqaləsi dərc olunub. 

 

Modern.az xəbər verir ki, akademik, Xalq yazıçısı Kamal Abdullanın çoxşaxəli yaradıcılığından söz açan müəllif müstəqillik dövründən sonrakı ədəbi mənzərəni təsvir edib. Müasir ədəbi istiqamətlərin isə daha çox azərbaycançılıq, multikulturalizm, tolerantlıq üzərində inkişaf etdiyi vurğulanır. 

 

Kamal Abdullanın dünya ədəbiyyatı kontekstində özünəməxsusluğu, fərqliliyi və orijinallığı həm multikultural, həm milli, həm də mifik düşüncə müstəvisində özündə cəmləşdirdiyi qeyd olunur. 

Həmçinin, məqalədə Xalq yazıçısının “Kitabi-Dədə Qorqud” dastanına yeni baxış və düşüncə forması gətirməsindən, tarixi, etnoqrafik və mifik məqamların bir sistem kimi qurulmasından danışılır.  

 

Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” milli eposunu insan cəmiyyətini qədim dövrdən başqa bir dövrə, təbiət dünyasından mədəniyyət dünyasına keçirə biləcək “fərqli bir körpü” kimi müəyyənləşdirdiyi xüsusi olaraq vurğulanıb. 

 

Yazıçının yaradıcılığı özündə dərin inisiatik məna daşıyır, öz düşüncələrində fəlsəfidir və müəllif fantaziyasında hüdudsuzdur. Kamal Abdulla fəlsəfəsi dinidir, lakin onun fəlsəfəsinin coşqunluğu göylərə yönəlməyib; onun fəlsəfəsi ölümsüzlüyü təsdiqləmir. Bu fəlsəfə bəşəriyyətin varlığın və həyat məqsədlərinin mənasını yer üzərində cənnətin yaradılmasında, yəni dünyəvi həyatın elə qurulmasında görür ki, bu quruluş şəraitində insan öz mənəvi və əxlaqi keyfiyyətlərini daha tam şəkildə aşkarlaya və həyatında əsas prinsiplər kimi insanpərvərlik, xeyirxahlıq, ədalətlilik, həqiqət prinsiplərini bərqərar edə bilsin.

Rumıniyalı alim məqalədə qeyd edir ki,  Kamal Abdullanın yaradıcılığında Dədə Qorqud haqqında dastan, əsasən, mif haqqında ən yeni təlimlərə, mifik-tənqidi metodologiyanın “ritual” və “arxitektura” qollarına əsaslanmaqla, qapalı çevrə üzrə dövr edir.

Məqalədə həmçinin, Kamal Abdulla yaradıcılığının yeni Azərbaycan milli ədəbiyyatının, Avropa və Asiyanın, xristianlığın və İslamın, zərdüştiliyin və yəhudiliyin, ərəb, türk, Qafqaz, İran və slavyan dünyalarının qovuşduğu yeni mədəni məkanın, Avropa mədəniyyətləri birliyinin bərabərhüquqlu üzvü kimi başqa milli mədəniyyətlərin nailiyyətləri ilə yaradıcılıq yarışına girərək, öz qüvvələrini beynəlxalq səhnədə sınayan bir mədəniyyətin formalaşmasının vacib elementi kimi göstərilir. Kamal Abdulla milli özünəməxsusluğu dünya ədəbi məkanına daxil edir, bununla da onu mifin yeni anlamı və yeni interpretasiyaları ilə zənginləşdirir.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18