Modern.az

Naqif Həmzəyev: “İşsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb”

Naqif Həmzəyev: “İşsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb”

Aktual

24 Sentyabr 2019, 12:05

“Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib: 

“Vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən, ölkə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. 2019-cu ilin ilk aylarından ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib”.

Deputat bildirib ki, son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib. 

“Qısa müddət ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması Azərbaycanda həyata keçirilən iqtisadi və struktur istilahatlar nəticəsində son dövrlər büdcə gəlirlərin artması, maliyyə imkanların genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə daha bir əyani sübutdur. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edir. Problemli kreditlərin həlli istiqamətində məlum sənədin imzalanması, maaşların, pensiyaların, minimum əməkhaqqının, sosial müavinətlərin artırılması ölkədə sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələnnin başlanğııcı oldu. Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları isə bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişafdadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verdi. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin artması, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafı, ticarət dövriyyəsinin artması yaxşı göstəricilərdən oldu. Ölkə Başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik”.

“Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması bir daha təsdiq etdi ki, dövlət Başçısı tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır” - deyə deputat fikirlərinə əlavə edib: 

Artıq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Ölkə Prezidentinin humanizmi, xoş gündə də, dar gündə də xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyü zəfərlərə, iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə doğru aparır. Azərbaycan xalqı da hər zaman ölkə Başçısı tərəfindən həyata keçirilən tədbirləri, imzalanan sərəncam və fərmanları yüksək qiymətləndirir, atılan addımları alqışlayır. 

Deputat bildirib ki, xalq həmçinin “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” söyləyən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. 

“Eyni zamanda, yaxşı bilirlər ki, Prezident İlham Əliyevin uğurlu və mütərəqqi sosial siyasəti, hər bir vətəndaşına olan yüksək münasibəti xalqın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu da xalq – iqtidar birliyinin qarşılıqlı inam və etimad üzərində bərqərar olduğunun əyani təsdiqidir”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır