Modern.az

Ermənistan müharibəyə hazırlaşır - Qarabağda səfərbərlik başladı - FOTOLAR

Ermənistan müharibəyə hazırlaşır - Qarabağda səfərbərlik başladı - FOTOLAR

Qarabağ

25 Sentyabr 2019, 11:45

Ermənistanda sentyabrın 24-dən başlayan və ölkədə qismən hərbi vəziyyətin elan olunması ilə davam edən hərbi təlimlər davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, dövlət orqanlarının və yerli idarəetmə stukturlarının da yaxından iştirak etdiyi təlimlərdə müharibə ehtimalına qarşı bütün ölkənin hazırlığı yoxlanılır.

Oktyabrın 5-nə qədər davam edəcək təlimlər işğal altındakı Qarabağdan da yan keçməyib. Belə ki, Qarabağda yaşayan və 18 yaşı tamam olan bütün çağırışçılar hərbi komissarlıqlarda qeydiyyata alınıb, onlar bir neçə günlük hərbi təlimlərə qatılıblar.

 

Maraqlıdır ki, Gümrüdə yerləşən 102-ci hərbi baza da Ermənistandakı təlimlərə cəlb olunub. 250 hərbi texnika və min nəfərlik şəxsi heyət aviasiyanın iştirakı ilə şərti düşmənə qarşı təlimlərə başlayıb.

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir