Arxiv
30 Sentyabr 2019, 10:44 | ƏDƏBİYYAT
Azərbaycanda ilk dəfə Uşaqkitabı.az - Uşaq ədəbiyyatının Elektron və Səsli Bazası yaradılıb - MÜSAHİBƏ

Modern.az layihənin rəhbəri Eldar Kərimovla müsahibni təqdim edir.


- Uşaqkitabı.az saytının hazırlanması və uşaq kitablarının səsləndirilməsi fikri hardan ortaya çıxdı? 


- Uşaq kitablarının səsləndirilməsi layihəsi bir ehtiyacın nəticəsi olaraq ortaya çıxdı. Azərbaycan dilində bir neçə ədəbiyyatın səsləndirilməsi olsa da, uşaq ədəbiyyatının səsləndirilməsi demək olar ki yox dərəcəsindədir. Xüsusilə də uşaqlarda milli-mənəvi dəyərlərimizi düzgün şəkildə aşılayacaq ədəbiyyatlar isə həm azdır, həm də səsləndirilməyib. Artıq iki ildir ki, bu sahədə böyük işlər görən Gəncliyə Yardım Fondu, TİKA ilə birlikdə “Kitab Tutan Balaca Əlllər” və “Kitabın İşığın Olsun” layihələri həyata keçirir. Birinci layihə çərçivəsində Azərbaycan və Türkiyədən olan müəlliflər tərəfindən qələmə alınmış 9, ikinci layihə çərçivəsində isə 10 uşaq ədəbiyyatı balacaların istifadəsinə ödənişsiz olaraq verilib.

Bir-birindən maraqlı olan bu kitablara marağın yüksək səviyyədə olduğunu görüb, əldə edə bilməyənlər üçün də uşaqkitabı.az saytını hazırlayıb bütün bu kitabları bir bazada topladıq. Bir addım da önə gedərək, həmin kitabları səsləndirib mp3 formatlarını uşaqlarımızın istifadəsinə verməyi qərara aldıq. İstənilən valideyn saytımıza daxil olaraq istədiyi kitabı virtual oxuya, endirə və mp3 formatını öz övladına dinlədə bilər. Bunun üçün heç  bir ödəniş tələb olunmur. Hələlik saytımızda bütün kitabların PDF formatı hazırlanıb qoyulsa da, bu kitablardan bir neçəsi səsləndirilmişdir. Ancaq qısa müddət ərzində bütün kitablarımızın səsli formatları kiçik kitabsevərlərin istifadəsinə veriləcəkdir.


- Bu layihənin təqdim etdiyi xidmətlərdən ən çox kimlər istifadə edəcək?


- Əvvələr səsli kitab deyildiyi zaman sadəcə görmə məhdudiyyətli insanlar nəzərdə tutulurdusa, indi artıq bu anlayış dəyişib. Dünyanın inkişaf etmiş ölkələrində də görmə məhduduyyəti olmayan milyonlarla insan səsli kitablardan istifadə edir. Audio Nəşrlər Asossiasiyasının anket nəticələrinə görə 2018-ci ildə ABŞ-da təxminən 1 milyard dollara yaxın audio kitab satışı həyata keçirilib. Bu da onu deməyə əsas verir ki, səsli kitablara duyulan ehtiyac durmadan artır. İstər oxuma və yazma qabiliyyəti formalaşamayan yaş qurpuna aid edilən kiçik uşaqlar üçün, istərsə də müəyyən yaşdan sonra görmə qabiliyyəti zəifləyən yaşlı insanlarımız bu xidmətlərdən rahatlıqla istifadə edə bilər. Bunla yanaşı tələbələr, iş adamları və kitab oxumağa vaxt tapa bilməyən bir çox insan da bu xidmətdən istifadə edərək vaxtlarını səmərəli keçirə bilərlər. Əgər nəzərə alsaq ki, böyük şəhərlərdə metrodan və ictimai nəqliyyatdan istifadə edən insanlar gün ərzində vaxtlarının kifayət qədər hissəsini yollarda keçirir bu zaman deyə bilərki, səsli kitablar onlar üçün vaxtlarını qiymətləndirməyə əvəzsiz bir vasitədir.


- Səsli kitablarn faydaları haqqında nə deyə bilərsiz?


- Qeyd etdiyim kimi, son zamanlar texnologiyanın da inkişafı ilə səsli kitablara ehtiyac duyulmaqdadır. İstənilən MP3 player ilə şəhər gəzintisində olarkən, maşın idarə edərkən rahat bir formada sevdiyiniz ədəbiyyatı dinləyə bilərsiniz. Bu həm vaxtın səmərəli istifadəsinə, həm gözlərə düşən yükün azaldılmasına, həm də bahalı kitablara ödənilən məbləğin azaldılmasına gətirib çıxarır. Biz ümid edirik ki, bizim bu layihə çərçivəsində uşaqlıq illərindən səsli kitablara adət etmiş fərdlər gələcəkdə bu öyrənmə metodundan maksimum ustifadə edib öz informasiya bazalarını zənginləşdirəcəklər.  

Bununla bərabər görmə məhdudiyyətli insanların kitab oxumaqları bu formada daha da asanlaşır. Sadəcə könüllü insanların oxuduğu kitablarla deyil, peşəkar insanlar tərəfindən səsləndirilmiş kitabların və minlərlə kitabın görmə əngəlli insanlara nə qədər faydalı olduğunu deyə bilərik. Bununla yanaşı, görə bildiyi halda oxuya bilməyənlərin, yəni oxumağı bacarmayanların və oxuya bildiyi halda kitab almağa imkanı olmayanlara da səsli kitabların faydası olduqca çoxdur. Eyni zamanda bu kitabların nəşr edilməsi, bir yerdən başqa yerə daşınmasına ehtiyac yoxdur. Kitablar daha ucuz başa gəlir: daha az ağac kəsilir, daşınma xərci olmur və.s. Xırda bir cihaz vasitəsilə yanınızda böyük bir kitabxanaya yerləşəcək qədər kitab daşıya bilirsiniz. Heç tətilə gedərkən “hansı kitabı yanımda aparım” – deyə fikirləşirsiniz mi? Budur sizə həlli yolu! Qulaq asaraq öyrətmək, oxuma yazma bilməyən uşaqlarımıza dilimizi düzgün öyrətməyin ən gözəl yoludur. Səsli kitablar, inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsildə istifadə edilən geniş yayılmış bir təhsil vasitəsidir. Çünki bu dövrdə çox şey eşidilərək və  təqlidlə başlayır.

Bu gün insanların bir çoxu müxtəlif cihazlarla musiqiyə qulaq asırlar. Mp3 və cib telefonları ilə musiqi dinləmək mümkündür. Deməli, bu cihazlar ilə kitab “oxumaq” da mümkündür.? Bu cür cihazlar ilə musiqi dinləyən insanların, zamanlarının onda birini bu səsli kitablara sərf edərək, səsli kitablar vasitəsilə roman, şeir, tarix və digər əsərlər dinləyə bilərlər.


- Bu sahədə gələcək hədəfələriniz nədir?


- Gələcək hədəflərimiz isə istər klassik, istərsə də modern uşaq ədəbiyyatını səsli formata keçirərək, gələcək nəsillərin istifadəsinə verməkdir. Cəmiyyətimizdə elə ailələr var ki, onlar öz övladlarına istədikləri ədəbiyyatı alıb oxuda bilmir. Bunun üçün kifayət qədər maliyyə vəsaiti tələb olunur. Biz həmin ailələrin də ehtiyacını nəzərə alaraq və cəmiyyətimizin hər bir fərdinə dəyər verərək onların kitab ehtiyaclarını qarşılamaq üçün daha çox çalışacaq və daha çox ədəbiyyatı onların istifadəsinə verəcəyik. Biz inanırıq ki,  gələcək nəsillərimiz nə qədər maariflənmiş və oxumuş olsalar cəmiyyətimizin gələcəyi o qədər işiqli və aydın olacaq.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27 Gəncədə 17 yaşlı gənc qətlə yetirildi 23 Oktyabr 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 22 Oktyabr 2019, 23:51 Parlament "Brexit" haqqında yeni qanun qəbul etdi 22 Oktyabr 2019, 23:38 NATO Türkiyəyə qarşı çıxmayacaq 22 Oktyabr 2019, 22:57 Rusiya televiziyası İlham Əliyevin tələbə biletini nümayiş etdirdi - FOTO 22 Oktyabr 2019, 22:34 "Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb"  - ŞƏRH 22 Oktyabr 2019, 22:19 Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO 22 Oktyabr 2019, 21:59 "Qarabağ" - APOEL matçına 25 min bilet satılıb 22 Oktyabr 2019, 21:41 Qarabağ əlilləri, veteranları və şəhid ailələrindən Prezidentə DƏSTƏK 22 Oktyabr 2019, 21:33 “Mövqeyimizi ortaya qoymalıyıq” – Eldar İbrahimovdan  həmkarlarına və YAP-çılara çağırış 22 Oktyabr 2019, 21:18 Müdirlərə qadın katibə rəsmən qadağan olundu 22 Oktyabr 2019, 21:01 Bələdiyyə sədri həbs edildi 22 Oktyabr 2019, 20:44 Prezidentdən Baş Nazirin yeni müavininə TAPŞIRIQ: “İnhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır” 22 Oktyabr 2019, 20:28 ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur”  22 Oktyabr 2019, 20:16 Milli Park ərazisində ceyran ovlayanlar saxlanıldı 22 Oktyabr 2019, 20:01 Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20