Modern.az

Xarici İşlər Nazirliyindən konqresmenin Qarabağa gəlişinə REAKSİYA

Xarici İşlər Nazirliyindən konqresmenin Qarabağa gəlişinə REAKSİYA

2 Oktyabr 2019, 12:02

ABŞ Konqresinin Erməni məsələləri komitəsinin həmsədri, əsas erməni lobbiçilərindən olan konqresmen Frank Pallone dünən vertolyotla Azərbaycanın işğal olunmuş ərazisinə - Qarabağda gəlib.

Azərbaycanın hava məkanını da kobud sürətdə pozan konqresmenin Dağlıq Qarabağa qanunsuz səfərinə Xarici İşlər Nazirliyi münasibət bildirib. Nazirliyinin mətbuat katibi  Leyla Abdullayeva səfərlə bağlı Modern.az-a danışarkən Frank Pallonenin adının artıq "qara siyahı"da olduğunu bildirib:


“Ermənistan KİV-də yayılmış məlumatlardan göründüyü kimi, söhbət ermənipərəst mövqeyi ilə tanınan Frank Pallonedən gedir. Hansı ki, bu şəxsin adı 2017-ci ildən etibarən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən xarici dövlət vətəndaşlarının siyahısındadır”.

XİN  rəsmisi  bildirib ki, bu cür məsələlərdə Azərbaycanın mövqeyi dəyişilməzdir:


“Təəssüf ki, belə qanunsuz səfərlər ermənipərəst qüvvələr tərəfindən həyata keçirilir. İşğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrimizə Azərbaycan hökumətinin icazəsi olmadan səfər edən hər hansı xarici ölkə vətəndaşı həmin siyahıya daxil edilir və ölkəmizə girişi məhdudlaşır”.

XİN sözçüsü bundan əvvəl Kiprdən, Fransadan olan şəxslərin Qarabağa etdikləri səfərlərdən də söz açıb:

“Fransadan Qarabağa səfər edənlər adları “qara siyahı”da olanlar idi. Kiprlə isə Azərbaycanın diplomatik münasibətləri yoxdur. Təbii ki, sonradan o şəxslərin adı “qara siyahı”ya salınır və növbəti dəfə Azərbaycana gəlmək istədikdə bu,  əngəllənir. Ümumilikdə hər bir xarici ölkə vətəndaşına eyni siyasət şamil olunur. Azərbaycan qanunvericiliyini pozaraq işğal olunmuş ərazilərimizə icazəsiz səfər edən hər bir şəxs siyahıya salınır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir