Modern.az

ABŞ səfirinin müavini Lerikdə tibb məntəqəsinin AÇILIŞINDA

ABŞ səfirinin müavini Lerikdə tibb məntəqəsinin AÇILIŞINDA

Aktual

3 Oktyabr 2019, 16:32

2 oktyabr tarixində ABŞ səfirinin müavini Maykl Dikerson Lerik rayonunun Cəngəmiran kənd sakinləri ilə yeni tibb məntəqəsin layihəsinin yekunlaşmasını qeyd edib.

 

ABŞ səfirliyindən Modern.az-a verilən məlumata görə, yeni məntəqə sayəsində Cəngəmiran və qonşu kəndlərin 3,600-dən çox sakininin ilkin tibb xidmətlərinə əlçatanlığı yaxşılaşacaq. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin(USAID) Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsinin dəstəyi ilə Cəngəmiran sakinləri yerli hakimiyyət orqanları ilə birgə işləyərək köhnə tibb məntəqəsini əvəzləyən və icmanın səhiyyə ehtiyaclarını daha yaxşı ödəyə biləcək yeni tibb məntəqəsi inşa ediblər. Yeni tibb məntəqəsi iki həkim otağı, müayinə otağı və gözləmə dəhlizindən ibarətdir. 

 

Səfir müavini Maykl Dikerson həmçinin əsas məşğuliyyətlərdən biri arıçılıq olan Lerikin Piran kəndində yerli sakinlərlə görüşüb. USAID-in SEDA adlı layihəsinin dəstəyi ilə Piran icması hal-hazırda bal emalı müəssisəsi inşa edir. Həmin müəssisə bazara çıxarılan yerli balın saxlanması və qablaşdırılmasını yaxşılaşdıracaq. Bu məntəqədən Piran və ətraf 40 kənddən olan 700-ə yaxın arıçı faydalana biləcək.

 

USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən İqtisadiyyat nazirliyi ilə əməkdaşlıq şəklində icra edilir. 2011-ci ildən SEDA icmaları 160 layihə icra ediblər ki, bunların sırasında yerli iqtisadiyyati dəstəkləyən, tibb məntəqələri, yollar, su və suvarma sistemləri, habelə yerli məktəb təmiri layihələri var. 

 

3 oktyabr tarixində ABŞ səfirinin müavini Maykl Dikerson Səlyanda yerləşən Amerika Mərkəzinə səfər edərək mərkəzə İngilis dilinin təkmilləşdirilməsi və Birləşmiş Ştatlarda təhsil imkanlarının araşdırılması üçün gələn yerli tələbələrlə görüşüb. ABŞ Səfirliyi tərəfindən Azərbaycanın müxtəlif güşələrində yaradılmış Amerika Mərkəzləri gənclərə ABŞ-ın mədəniyyəti barədə məlumat verən, İngilis dili və sahibkarlıq sahələrində təlimlər təqdim edən bir mərkəz rolunu oynayır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dillər Universitetinin dəytəyi ilə fəaliyyət göstərən Amerika Mərkəzləri Bakı, Gəncə, Xaçmaz, Səlyan və Kürdəmirdə yerləşir. Hər təhsil ili 60 minə yaxın insan Amerika Mərkəzlərinə baş çəkir. 2018-ci ildə Səlyanda yerləşən Amerika Mərkəzinə 5 mindən çox insan gəlib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır