Arxiv
4 Oktyabr 2019, 16:03 | DİASPOR
Dövlət Komitəsindən ermənilərin təxribatçı hərəkətlərinə CAVAB

"Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Lüksemburqun "Jozi Bartel" stadionunda UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Düdelanj" futbol oyunu zamanı ermənilər tərəfindən edilən təxribatçı hərəkətləri pisləyir".

 

Modern.az xəbər verir ki, bu Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatında yer alır. Bəyanatda deyilir: 

"Son dövrlər Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrinin intensivləşməsi və əlaqələrin sağlam təməllər üzərində qurulması öz nəticəsini göstərməkdədir. Dövlət Komitəsi olaraq Azərbaycan Respublikasının müxtəlif komandalarının və ayrı-ayrı idmançılarımızın beynəlxalq yarışlarda iştirakı zamanı diaspor nümayəndələrindən ibarət böyük azarkeş qrupu onlara davamlı dəstək verir. Bunu idmançılarımız və idman ictimaiyyəti də daim yüksək qiymətləndirir. Müxtəlif beynəlxalq yarışlarda, o cümlədən son dövrlər Macarıstanın paytaxtı Budapeşt şəhərindəin Papp Laszlo İdman Arenasında qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi, Paralimpiyaçılarımızın iştirak etdiyi dünya kubokları, Qarabağ qazilərindən ibarət Azərbaycan Amputant Futbol komandasının Varşavada keçirilən “Amputa Futbol-2019” oyunları, Qazaxıstanın Nursultan şəhərində güləş üzrə dünya çempionatı, Rusiyanın Yekaterinburq şəhərində boks üzrə dünya çempionatı, Gürcüstanda əlil futbolçular arasında keçirilən yarışlarda və s. kimi tədbirlərdə Komitə xaricdə yaşayan soydaşlarımıza çağırışlar edib və soydaşlarımız kütləvi şəkildə azarkeş olaraq yarışlara qatılıb.

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda da xaricdə yaşayan soydaşlarımızın iştirakının təmin olunması üçün Komitə lazımi addımları atıb. Nəticə olaraq Belçika, Niderland, Fransa, Almaniya, İsveçrə, Lüksemburq və digər Avropa ölkələrində yaşayan 350-dən çox soydaşımız stadionda “Qarabağa” azarkeşlik edib. Oyundan əvvəl və oyun zamanı davamlı şəkildə soydaşlarımızla əlaqə saxlanılıb.


Oyun zamanı təxribat törədilməsi- Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin əski parçasının meydanda görünməsi zamanı da azarkeşlərlə dərhal əlaqə yaradılıb, vəziyyət öyrənilib, onların faktla bağlı hərəkət və münasibətləri koordinasiya edilib.


Diasporla İş üzrə Dövlət Komitəsi təkcə beynəlxalq yarışlar zamanı deyil, hər zaman xaricdə yaşayan soydaşlarımızı vahid amalımız olan Azərbaycan dövlətçiliyi naminə birləşməyə dəvət edib.
Dövlət Komitəsi bəyan edir ki, gələcəkdə də xaricdə yaşayan soydaşlarımızın idmançılarımıza azarkeş dəstəyi təmin ediləcəkdir. Eyni zamanda, beynəlxalq idman yarışları zamanı hər hansı təxribatın törədilməsi halları qəti yolverilməzdir və baş verən hadisənin məsuliyyəti təxribatçı qrupların, eləcə də onlara arxa duran qüvvələrin üzərindədir.


Avropa ölkələri bir daha şahid oldu ki, azərbaycanlılar Avropada təşkilatlanmış formada fəaliyyət göstərir və bu idman bayramına da kütləvi şəkildə qatılıblar. Ermənilər isə, harada yaşamağından asılı olmayaraq, öz erməni xislətindən əl çəkmir və istənilən radikal təxribatçı addımlar ata bilər.
Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, soydaşlarımızı təxribatlar zamanı soyuqqanlı olmağa səsləyirik və inanırıq ki, bu təxribatçı hərəkətə hüquqi qiymət veriləcəkdir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfqanıstanda 13 hərbçi güllələndi 20 Noyabr 2019, 13:06 Xaçmaz və Şəkidə 5000 ton toxum emal olunub 20 Noyabr 2019, 12:58 Bələdiyyə seçkilərini müşahidə edəcək beynəlxalq qurumların sayı AÇIQLANDI 20 Noyabr 2019, 12:51 Bakıda qadına əvvəlcə kömək etdi, sonra da pulunu oğurladı - FOTO 20 Noyabr 2019, 12:49 Morlaes yenidən Boliviya prezidenti olmaq istəyir 20 Noyabr 2019, 12:42 Bakıda avtomobillərin parklanması PULSUZDUR – BNA-dan açıqlama 20 Noyabr 2019, 12:35 8-ci km bazarında əhaliyə iyrənc ət satılırmış - Agentlik reyd keçirib - FOTOLAR 20 Noyabr 2019, 12:29 “Elə bir molladır...” – Xalq artisti gənclərin saqqalından GİLEYLƏNDİ 20 Noyabr 2019, 12:24 DİN əməliyyat keçirib - Külli miqdarda narkotik götürülüb 20 Noyabr 2019, 12:19 BMU-da “Qızıl Payız” tətil proqramı təşkil olunub - FOTO 20 Noyabr 2019, 12:13 “BANM tədris sistemi və infrastrukturu ilə müasir təhsil ocaqlarından biridir” - Səfir 20 Noyabr 2019, 12:10 20 NOYABR – Qarakəndin qara səması... 20 Noyabr 2019, 12:08 Professor Əfqan Abdullayevə Təhsil Nazirliyində vəzifə verildi 20 Noyabr 2019, 12:07 Nazirlik daha 50 ailəyə mənzil verdi 20 Noyabr 2019, 12:06 Mikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinə sədrlik edəcək 20 Noyabr 2019, 12:02 Ermənistan müxalifəti Paşinyanı devirmək üçün Qarabağda TOPLAŞIR 20 Noyabr 2019, 12:00 Prezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? - Bankdan AÇIQLAMA 20 Noyabr 2019, 11:52 Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb 20 Noyabr 2019, 11:45 Bakıda 3 nəfər liftdə qalıb 20 Noyabr 2019, 11:42 Novruz Məmmədov kollektivə TƏQDİM OLUNUB 20 Noyabr 2019, 11:41 MTRŞ ANS televiziyasının tezliyini də müsabiqəyə çıxarır? - AÇIQLAMA 20 Noyabr 2019, 11:31 Rəşad Mahmudov: “Hamı bu keçidin nəticəsini maraqla gözləyir” 20 Noyabr 2019, 11:22 “Ombudsman olmaq fikrində deyiləm” – Tahir Kərimli 20 Noyabr 2019, 11:20 Təhsil müəssisələrində yeni müsabiqə      20 Noyabr 2019, 11:18 “Azərsu”yun rəhbər şəxsləri bölgələrdə vətəndaşları qəbul ediblər - FOTO 20 Noyabr 2019, 11:16 Vertolyot faciəsi ilə tarixə düşən Azərbaycan kəndi  - Qarakənddən FOTOLAR 20 Noyabr 2019, 11:12 Oqtay Əsədov Rusiyaya gedir 20 Noyabr 2019, 11:03 “Odlar Yurdu” boksçuları Almaniyada qələbə qazandılar 20 Noyabr 2019, 10:57 Şamaxıya işləməyə gedən gənc itkin düşdü 20 Noyabr 2019, 10:50 Ramiz Mehdiyev Mirzə Cəlilin nəticəsinə hədiyyə verdi - FOTOLAR 20 Noyabr 2019, 10:36 “Qeydə alınan namizədlərin 30 faizi qadındır” - MSK sədrinin müavini 20 Noyabr 2019, 10:30 ABŞ ordusu Əfqanıstanda itki verdi 20 Noyabr 2019, 10:24 İsrail Suriyada 20-dən artıq hədəfi vurdu 20 Noyabr 2019, 10:17 Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub 20 Noyabr 2019, 10:10 Tətilin son günü - Sabahdan məktəblərdə dərslər başlayır 20 Noyabr 2019, 10:02