Modern.az

Gömrük Akademiyasının mətbuat katibinə təşəkkür elan olunub

Gömrük Akademiyasının mətbuat katibinə təşəkkür elan olunub

10 Oktyabr 2019, 10:59

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə xidmətdə fərqlənmiş gömrük əməkdaşları barəsində həvəsləndirmə tədbiri tətbiq edilib.

Gömrük Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımovaya da 5 oktyabr Beynəlxalq Müəllimlər günü ərəfəsində təşəkkür elan olunub.

“Cənab sədr Səfər Mehdiyevə, Akademiyanın rəisi Qulu Novruzova fəaliyyətimi yüksək qiymətləndirərək göstərdikləri bu etimada və verdikləri dəyərə görə öz dərin minnətdarlığımı bildirirəm”,-Z.Kazımova Modern.az-a açıqlamasında deyib.


Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə Gömrük Akademiyasının bir qrup əməkdaşı 5 oktyabr Beynəlxalq Müəllimlər günü ilə bağlı mükafatlandırılıblar.

Mükafatları təqdim edən Gömrük Akademiyasının rəisi Qulu Novruzov Komitə rəhbərliyinə Akademiya kollektivinə göstərdiyi yüksək qayğı və diqqətə görə təşəkkürünü bildirib və hər bir əməkdaşa fəaliyyətində uğurlar arzulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir