Arxiv
10 Oktyabr 2019, 11:00 | AKTUAL
 “AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

“Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkətinin iştirakı ilə Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib.

 

Modern.az xəbər verir ki, konsorsiumun təsis olunması haqqında müqavilə Bakıda keçirilmiş “3-cü Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” adlı konfransda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və magistral internet provayder “AzerTelecom” şirkəti arasında imzalanıb.

 

Konfransda çıxış edən “AzerTelecom” şirkətinin Baş direktoru Fuad Allahverdiyev Konsorsiumun dövlət və özəl sektor arasında davamlı inkişaf istiqamətində əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib. “Konsorsiumun qurulması Azərbaycanın regionda Rəqəmsal Qovşaq olaraq mövqeyinin daha da güclənməsi, rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinin daha da genişlənməsinə töhfə verəcək.“AzerTelecom” şirkəti olaraq istər rəqəmsal infrastrukturdan istifadə, istərsə də Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Konsorsiuma dəstəyin verilməsinə hazırıq” - deyə Fuad Allahverdiyev qeyd edib.

 

“AzerTelecom” şirkətinin rəhbəri həmçinin şirkət tərəfindən Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital HUB” proqramı barədə danışıb. Bildirilib ki, proqramın məqsədi Azərbaycanın hazırki sahib olduğu enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlar üçün rəqəmsal mərkəzə çevirmək, iri infrastruktur layihələrini icra etmək və son nəticədə Azərbaycanın İKT sisteminin inkişafı, rəqəmsal ekosistemin formalaşmasına nail olmaqdıq.

 

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunun yaradılması haqqında 4 tərəfli müqavilə ilk dəfə olaraq Asan İmza vasitəsilə onlayn olaraq imzalanıb. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib.

 

“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fişəng fabrikindəki partlayışda ölü sayı artdı - VİDEO 4 İyul 2020, 00:53 Böyük Britaniyada koronavurudan 137 nəfər öldü 4 İyul 2020, 00:41 “İki gün ev şəraitində müalicə alıb, qızdırması düşmüşdü” - Etibar Babayevin xanımı 4 İyul 2020, 00:29 16 şəhər və rayonda iki günlük ictimai nəqliyyatın fəaliyyəti dayandırılır 4 İyul 2020, 00:16 Bakı metrosu bu gündən iyulun 20-dək İŞLƏMƏYƏCƏK 4 İyul 2020, 00:04 DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək 3 İyul 2020, 23:56 Bərdədə 7 yaşlı uşaq bacısını öldürdü 3 İyul 2020, 23:43 Prezident yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı 3 İyul 2020, 23:31 Bərdədə yol kənarında meyvə-tərəvəz satan şəxsi avtomobil vurdu 3 İyul 2020, 23:21 Daha həkim koronavirusdan öldü 3 İyul 2020, 23:06 Xəlifəlik qurmaq istəyənlər yaxalandı 3 İyul 2020, 22:53 “Fəxri ad davası aparan elə adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur” - Baş redaktor 3 İyul 2020, 22:46 Rusiya ölkəyə miqrantların axınında maraqlıdır 3 İyul 2020, 22:33 Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib 3 İyul 2020, 22:19 Minsk qrupu xalqları müharibəyə hazırlayır 3 İyul 2020, 22:07 Türkiyədə 178 278  nəfər koronavirusdan sağalıb 3 İyul 2020, 21:54 Saatlı sakini intihar edib 3 İyul 2020, 21:37 Milyonlarla vəsait əldə edən şirkətlərin BENEFİSİAR SAHİBİ 3 İyul 2020, 21:23 Birinci xanım koronavirusdan sağaldı 3 İyul 2020, 21:09 Hindistanda yerli koronavirus vaksininin sınaqları başlayır 3 İyul 2020, 20:49 Yaponiyada koronavirusa yoluxanların sayı 20 mini ötdü 3 İyul 2020, 20:33 Xarici işlər naziri koronavirusa YOLUXDU 3 İyul 2020, 20:16 Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi - FOTOLAR 3 İyul 2020, 20:00 “Şərəfi olan adam vəzifədən asılı olmayaraq şərəfsizlik eləmir” - MÜSAHİBƏ 3 İyul 2020, 19:40 Vətəndaşların nəzərinə - “ASAN xidmət” və  “ASAN Kommunal” 4 gün işləməyəcək 3 İyul 2020, 19:32 Yeni tədris ili avqustun 31-dən başlayacaq - Türkiyədə 3 İyul 2020, 19:24 Saatlının su problemi nəzarətə götürüldü 3 İyul 2020, 19:17 “Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi 3 İyul 2020, 19:10 Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab 3 İyul 2020, 19:01 Baş redaktor koronavirusdan sağaldı 3 İyul 2020, 18:58 Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA 3 İyul 2020, 18:55 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı 3 İyul 2020, 18:50 TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur 3 İyul 2020, 18:45 Şeyx din xadimlərini topladı - FOTO 3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36