Modern.az

Bakıda “Türk Dünyasının Cənnət Bağları” təşkil edilib - FOTOLAR

Bakıda “Türk Dünyasının Cənnət Bağları” təşkil edilib - FOTOLAR

Aktual

10 Oktyabr 2019, 16:02

Oktyabrın 9-da İçərişəhərdə   istedadlı rəssam  Cəmilə Həsəsnovanın əsərlərindən ibarət  "Türk Dünyasının Cənnət Bağları" – adlı sərgisi təşkil olunub. 
Modern.az xəbər verir ki, sərgi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Naxçıvan Müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində təşkil edilib. "Türk Dünyasının Cənnət Bağları"nı görməyə gələnlər arasında Azərbaycan Milli Məclisinin deputatları, ölkəmizdə akreditə olunan diplomatik korpusun nümayəndələri, azərbaycanlı rəssamlar  və incəsənət xadimləri də var idi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbiri giriş sözü ilə açaraq bildirdi ki,  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu    Naxçıvan Müqaviləsinin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci  Zirvə Görüşü ərəfəsində keçirdiyi tədbirlərlə həm də türk mədəniyyətini, türk incəsənətini dünyayada təbliği ilə məşğuldur. İstəyi, arzusu sülh olan türkdilli dövlətlərin bu günlərdə Azərbaycanda toplanması  böyük hadisədir.   “Türk dünyası həftəsi” çərçivəsində həyata keçiriləcək tədbirlərin başlıca məqsədi fondun prioritetlərindən olan türk ölkələrində müasir cəmiyyətin formalaşmasında müstəsna rol oynamış türk xalqlarının zəngin mədəniyyət xəzinəsi, tarixi, adət-ənənəsinin qorunması, təbliği və dünyaya tanıdılmasıdır.

Sərgidə iştirak edən   əməkdar  incəsənət xadimi Kübra Əliyeva öz çıxışında bildirdi ki, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun fəaliyyətə başlamsını  xəyyallarının , arzularının gerçəkləşməsi hesab edir. Sitat: “Türk dünyası başdan ayağa rəngdir, sirrdir, gözəllikdir. İlk yazını da daşlara yazan türklər olub. Türklər harada olublarsa mədəniyyət yaradıblar. Ölkəmizdə ilk fəaliyyətini başlayan Fond inanıram ki, o dərin mədəniyyətləri, tarixləri araşdırıb, dünyanın mədəniyyət irsinə ən gözəl tövhələrini verəcək. Bu gün sərgisini seyr etdiyimiz  Cəmilə Haşımova da bu mədəniyyəti öz fırçası ilə dünyaya yayan xanımlarımızdandır.”

Daha sonar sərgiyə gələnlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkil etdiyi "Türk Dünyasının Cənnət Bağları"na baxıblar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü