Modern.az

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb - FOTO

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb - FOTO

13 Oktyabr 2019, 12:35

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

 

Bu barədə Modern.az Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

 

Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5 -ci kilometrindən 11.5 -ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Təmir işləri bir neçə gün davam edəcək.

 

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı