Modern.az

Uşaqların övladlığa verilməsində YENİLİK - Nazir AYDINLIQ GƏTİRDİ

Uşaqların övladlığa verilməsində YENİLİK - Nazir AYDINLIQ GƏTİRDİ

Aktual

14 Oktyabr 2019, 12:51

"Hazırda övladlığa götürmə ilə bağlı aktiv işlər aparılır. Məsələ ilə bağlı aidiyyəti qanunverici dəyişikliklər Milli Məclisə təqdim olunub. və yaxın günlərdə onun plenar iclaslarda qəbul edilməsi gözlənilir".

Modern.az xəbər verir ki, bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. S.Babayevin sözlərinə görə noyabrın 1-dən etibarən övladlığa götürmə sahəsində fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron alt sistem istifadəyə veriləcək:

"Bu hazırlıq işləri bitdikdən sonra övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də elektron portal üzərindən qəbul ediləcək. Bu zaman övladlığa götürmənin administrativ prosedurları tam şəkildə yenidən qurulur və beynəlxalq təcrübəyə uyğunlaşdırılır. Əsas şərt övladlığa verilən uşağın psixoloji ehtiyaclarından irəli gələrək, düzgün ailə seçilməlidir. Ailənin həqiqətən də həm sosial, həm mədəni, həm də maddi vəziyyəti bu övladı yetişdirmək, onu böyütmək qabiliyyətinin olmasını düzgün qiymətləndirmək lazımdır".

Nazir bildirib ki övladlığa verilmə prosesinin özü də dəyişir: "Çox qısa müddətdə qiymətləndirmə aparılmayacaq. Prosedur 6 aya qədər davam edəcək. Növbədə proses ailə ilə uşağın tanışlığı, onların neytral ərazidə görüşlərinin təşkil olunması, ekspertlərin iştirakı ilə onların ünsiyyətinə nəzarət edilməsi, qısa müddətdə ailəyə verilməsi və sonradan isə daimi şəkildə ailəyə verilməsindən ibarətdir. Bu, çox geniş prosedurdur. Amma burada əsas maraq uşağın hüquqlarının qorunmasıdır ki, ona hər hansı çətinlik olmasın".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü