Modern.az

“İlham Əliyev Aşqabadda çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi”

“İlham Əliyev Aşqabadda çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi”

Aktual

14 Oktyabr 2019, 13:10

"Qarabağ Azərbaycandır!" mövzusunda konfrans keçirilib. 

 

Modern.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında baş tutan tədbirdə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları, rəsmi şəxslər və partiya üzvləri iştirak ediblər. 

 

Konfransı açıq elan edən Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi:

 

"Bu çıxışı ilə Prezident İlham Əliyev Ermənistan hökumətinin və dövlətinin apardığı təhlükəli siyasətini ifşa etdi. Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda Ermənistan hökumətinin faşist ideologiyasına əsalanan bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Beləki faşist siyasəti nəticəsində dünyada 10 milyonlarla insan həlak olub. Ermənistan faşizmə əsalanan siyasət aparmaqla əslində bütün dünyaya xəyanət etmiş olur. Prezident İlham Əliyev bunu bir daha isbat etdi”. 

 

 

Əli Əhmədov vurğulayıb ki, "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı səsləndirməklə Qatabağ münaqişəsi ilə əlaqədar məsələlərdə yeni bir yanaşmanı ortaya qoydu. “Qarabağ Azərbaycandır!" kəlməsinin əsas məna yükü ondan ibarətdir ki, Qarabağ Azərbaycan üçün olum ya ölüm məsələsini ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu”. 

 

 

Baş Nazirin müavini əlavə edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin bu bəyanatını birmənalı şəkildə dəstəkləyir: 

 

“Lakin təəssüflər olsun ki, azssaylı müxalifət az qala Ermənistanın mövqeyni müdafiə edən bir yanaşma ortaya qoyur. Bu onların milli sifətlərini tamamilə itirmələrindən xəbər verir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub