Modern.az

“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: \"Heç utanmır?” 

“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: \

14 Oktyabr 2019, 17:01

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına münasibət bildirərək Türkiyə dövlətini qınayıb.

“Əgər bu, “Barış pınarı”dırsa, oradan su deyil, qan axır” –deyən Akıncı həmçinin münaqişənin diplomatik və danışıqlar yolu ilə həllinə çağırıb:

“Mənə elə gəlir ki, Türkiyənin xoşbəxt gələcəyi türkün, kürdün, ərəbin birgə dialoqunda tapılmalı, 10 ildən artıq davam edən müharibəyə son qoyulmalıdır”.

 

Qeyd edək ki, bu açıqlamaya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kəskin reaksiya verib və Şimali Kipr prezidentinin fikirlərini “hədsizlik” kimi dəyərləndirib.

 

Modern.az xəbər verir ki, mövzuyla bağlı Kipr Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist Gökhan Güler Eurasia Diary-ə eksklüziv açıqlama verib.

 

Gökhan Güler Kipr prezidentinin açıqlamasının arxasında duran məqamları belə izah edib:

“Bu açıqlamanı təhlil etmək üçün cənab Akıncının prezident seçilməsi prosesini və sonrakı siyasi mövqeyini analiz etmək lazımdır. Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə 19 aprel 2015-ci ildə baş tutan Şimali Kipr Türk Respublikası prezident seçkilərinə qatılan seçici sayı 176.916 nəfər olub. Birinci turda ilk seçim olaraq Mustafa Akıncıya səs verən vətəndaş sayı isə cəmi 29.032 nəfər, . yəni, 16% olub. Seçkilərin ümumi nəticələrində Akıncının seçilməsi ölkədəki partiyaların “siyasi mühəndislik” oyunlarının nəticəsi hesab edilə bilər. Yəni, Akıncı onsuz da xalqın böyük qisminin dəstəyi ilə iqtdara gəlməmişdi. Və iqtidarda olduğu ilk günlərdən bu yana rəsmi Ankaradan müstəqil siyasət yürütməyə çalışdı. Akıncının çox aktivist və marjinal siyasi xətti var. O, prezidentliyinin ilk günlərindən Türkiyə ilə uzlaşa bilmir”.

 

G.Güler həmçinin Kipr prezidentinin bu açıqlamasının Kipr xalqının mövqeyini əks etdirmədiyini bildirərək, prezident M.Akıncını sərt şəkildə tənqid edib:

 

"Macarıstan və Rusiya qədər Türkiyəyə dəstək verməyənlər heç utanmırlar? Türkiyənin terrorçulara qarşı sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə başlatdığı “Barış pınarı” hərəkatının dayandırılması üçün Avropa İttifaqında üzvlər ortaq bəyanat vermək istədiklərində Macarıstan, BMT-də eyni məqsədlə ortaq bəyanat vermək niyyəti ortaya çıxdığı zaman isə Rusiya “veto” qoyaraq Türkiyənin mövqeyini müdafiə etdilər. Başa düşə bilərik ki, Şimali Kipr dünya birliyi tərəfindən tanınmır və Türkiyəyə bu tipli bir dəstək verə bilməz. Bəs hərəkat başlayan kimi dəstək mesajı vermək də çətin idi?! Dəstək verməkləri bir yana dursun, cənab prezidentin 1974-dəki hərbi əməliyyatlara toxunaraq tənqid etməsi kimin, hansı dövlətin xeyrinə olan bir addım idi?! Varını, yoxunu Kipr Türkləri üçün heç düşünmədən fəda edən Türkiyəyə qarşı verilən bu açıqlamaları qəbul etmək mümkün deyil. Və bu açıqlamalar əsla Kipr xalqının mövqeyini ifadə etmir. Şimali Kipr Baş Naziri cənab Ersin Tatar “Barış pınarı” əməliyyatının ilk günündən Türkiyəyə, “Mehmetciyə” tam dəstək verib. Kipr türkləri də bu və digər bütün məsələlərdə Türkiyənin mövqeyini dəstəkləyir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir