Modern.az

Azərbaycanla Leninqrad arasında əməkdaşlıq SAZİŞİ TƏSTİQLƏNDİ

Azərbaycanla Leninqrad arasında əməkdaşlıq SAZİŞİ TƏSTİQLƏNDİ

Aktual

14 Oktyabr 2019, 17:03

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında 2019-cu il iyunun 7-də Sankt-Peterburq şəhərində imzalanmış Saziş təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökumətinə bildiriş göndərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!