Modern.az

Bu ölkə Türkiyəyə silah satışını dayandırdı

Bu ölkə Türkiyəyə silah satışını dayandırdı

14 Oktyabr 2019, 23:43

Çexiya bu gündən etibarən Türkiyəyə silah satışını dayandırmaq barədə qərar qəbul edib.

Modern.az  xəbər verir ki, bu barədə Çexiya Daxili İşlər naziri Yan Hamaçek "Tvitter" səhifəsində yazıb.

Hamaçek qərarın baş nazir Andrey Babiş və Sənaye və Ticarət naziri Karel Havliçeklə birgə keçirilən iclasdan sonra qəbul edildiyini bildirib:

“Çexiya Respublikası Türkiyəyə hərbi vasitələrin təmini ilə bağlı bütün ixrac lisenziya sənədlərini dərhal dayandırıb”.


Qeyd edək ki, bu gün Cexiya Xarici İşlər naziri Tomaş PetrşiçekTürkiyə səfirini XİN-ə çağıraraq Ankaranın Suriyada apardığı hərbi əməliyyatları ilə bağlı ölkəsinin narahatlığını bildirmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir