Modern.az

Milli Şura mitinqi Lökbatanada keçirməkdən İMTİNA ETDİ

Milli Şura mitinqi Lökbatanada keçirməkdən İMTİNA ETDİ

16 Oktyabr 2019, 15:05

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə  cavab verib. Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.


Milli Şura isə bu dəfə də icazə verilən məkanla razılaşmır. Bu barədə Modern.az-a danışan Milli Şuranın üzvü Tofiq Yaqublu bildirib ki, mitinq iştirakçıları Lökbatana getməyəcək:


“Bizim qərarımız əvvəlcədən bəllidir. Hakimiyyət müraciətimizdə qeyd etdiyimiz yerlərdən birinə razılıq verməsə, biz oktyabrın 19-da saat 15:00-da metronun “28 may” stansiyasının çıxışındakı meydanda mitinq keçirəcəyik. Bilirik ki, indidən bu mitinqin qarşısını almaq üçün tədbir görülür. Amma biz polis müdaxiləsini də nəzərə almışıq. Hətta indidən mitinq təşkilatçılarından olan İlham Hüseynlini polis aparıb, onunla əlaqə saxlaya bilmirik.

Biz artıq 8 dəfə müraciət etmişik. Amma müraciətlərimizi nəzərə almadan hər dəfə mitinqi şəhərdən uzaqlaşdırmağa, önləməyə çalışırlar”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir