Modern.az

Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT

Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT

17 Oktyabr 2019, 18:20

ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanması və gərginliyin azaldılması üzrə təhlükəsizlik və humanitar tədbirlərin icra olunması prespektivlərini alqışlayır.

 

Modern.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfərlərinin yekunlarına dair bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, həmsədrlər oktyabrın 15-də Yerevanda Ermənistan baş naziri Nikol Paşinyan, oktyabrın 17-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər, hər iki ölkənin paytaxtında bu ölkələrin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar.

 

Səfər zamanı həmsədrlər Dağlıq Qarabağda bölgənin qondarma “rəhbərliyi”, Bakıda isə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri ilə də görüşüblər.

Dağlıq Qarabağda olarkən vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi tərəfindən humanitar məsələlər haqqında məlumatlandırılıblar.

Bəyanatda o da bildirilib ki, hər iki ölkənin liderləri həmsədrlərə MDB ölkələrinin Aşqabad sammitində baş tutmuş söhbət barədə məlumat verərək, münaqişənin həlli prosesinin irəliləməsi üçün fikirlərini təqdim ediblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...