Arxiv
18 Oktyabr 2019, 16:28 | DÜNYA
Ankara “Barış pınarı”na fasilə verməklə nə qazandı? - Türkiyəli deputatlar Modern.az-a DANIŞDILAR

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüşdə “Barış pınarı” antiterror əməliyyatı ilə bağlı razılıq əldə olunub. Razılaşmaya görə, Suriyadakı kürd silahlıları - YPG qüvvələrinin təhlükəsiz bölgəyə daşınması üçün Ankara  hərbi əməliyyatı  120 saatlıq dayandıracaq. Həmin müddət ərzində  YPG  ərazidən çıxacaq.

Belədə bu razılaşma Türkiyənin xeyrinə olacaq, zərərinə?

 

Modern.az məsələ ilə bağlı Türkiyə deputatlarının fikrini öyrənməyə çalışıb.

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri,hakim  Ədalət və İnkişaf Partiyasından olan deputat Şamil Ayrım deyib ki, “Barış pınarı” hərəkatının  məqsədləri var:


“Barış pınarı” hərəkatı çərçivəsində Suriyanın şimal-şərqində ki 444 kilometr uzunluqda - 32 kilometr enində olan sərhəd bölgəsində təhlükəsizliyi təmin etmək, yəni oradakı terror qruplarının məhv edilməsi  birinci məqsəd idi.
İkinci məqsədimiz həmin ərazi təmizləndikdən sonra bu bölgəyə Türkiyədə yaşayan suriyalı qaçqınların yerləşdirilməsidir. Ötən axşam  ABŞ-la razılaşmaya görə, “Barış pınarı” hərəkatına  120 saatlıq fasilə verildi. Bu razılaşmaya görə, ABŞ terror təşkilatlarını o bölgənin kənarına çıxarmağa söz verdi. Biz də razılaşdıq.  Türkiyə müharibə istəyən ölkə deyil, amma sərhədlərimizi təhdid edən, günahsız insanları öldürən PKK və YPG kimi terror təşkilatlarına qarşı da mübarizə aparmaq məcburiyyətindədir. 120 saat gözləyəcəyik, həmin müddətdə nə olduğunu görəcəyik. Ümid edirik ki, verilən müddət ərzində terror qrupları oradan çıxacaq və  Türkiyə də rahat şəkildə işlərinə davam edər”.

 

TBMM-nin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatı Atilla Sertel deyib ki, “Barış pınarı” əməliyyatının səkkizinci günündə ABŞ-la masaya oturuldu və bir razılaşma əldə olundu:


“Bu müddətdə şəhidlər verdik. ABŞ Prezidenti Donalt Trampın təhdid ehtiva edən və ölkəmizi sanki ələ salan “Twitter” paylaşımına məruz qaldıq. Çirkin bir tərzdə yazılan, səviyyəsiz məktubun varlığından xəbərdar olduq. Ən sonda da bütün bunları həzm edərək, əsl həmsöhbətimiz Suriya ilə deyil, ABŞ-la müzakirə aparıldı. Biz heç bir ölkə ilə münasibətlərimizin pozulmasını istəmərik. Əksinə, hər ölkə ilə sülh, rahatlıq içində yaşamaq istəyirik. Ancaq xalqımızı alçaldan, aşağı görən təkəbbürlü məktub yazılınca, bunun cavabını verməyinizin vacib olduğunu düşünürəm.

İndi 5 günlük fasilə başladı. ABŞ-la razılaşma nəticəsində başlayan fasiləni izləmək və sonrakı müddəti ayrıca qiymətləndirmək lazımdı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33 Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU 22 Noyabr 2019, 16:30 Prezident Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrdı 22 Noyabr 2019, 16:29 İlham Əliyev Naxçıvanla bağlı daha bir sərəncam verdi 22 Noyabr 2019, 16:24 “Hər 3 namizəd Ombudsman olmağa layiqdir” - Hikmət Babaoğlu 22 Noyabr 2019, 16:19 Prezident Naxçıvan Nazirlər Kabinetinə 500 min manat ayrdı 22 Noyabr 2019, 16:17 Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı 22 Noyabr 2019, 16:14 Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi 22 Noyabr 2019, 16:09 BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb 22 Noyabr 2019, 16:02