Arxiv
19 Oktyabr 2019, 20:22 | AKTUAL
Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı

"Fasilədən sonra ilk oyunumuzda qalib gəlmək istəyirdik. Amma alınmadı. Hər halda xalımızın üstünə bir xal gəldi. Daha dəqiq oynamağa çalışmalı idik. Hər halda futbolçularımdan razı qaldım. 7 qələbədən sonra deməzdim oyuna ciddi hazılaşmamışdılar, amma görmədiyimiz anlar ola bilsin var idi. "Qəbələ" son turlar istəkli çıxış edirdi. Rəqibi təbrik edirəm".

Modern.az  "Report"a  istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə eyniadlı komanda ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis oyuna aqressiv başlamamalarından şikayətlənib: "İlk dəqiqələrdən diqqətsiz oynadıq. Cərimə meydançamıza girməyə diqqətsiz qaldıq. Narazı qalmağımız istədiyimiz templə başlamamağımız oldu. Elə oyunlar var ki, futbolçuları qınamaq mümkün olmur. Uzun müddət qələbə seriyası yaxalayan komanda elə gözlənilməz anda xal itirir. Oyunçu nə qədər özünü motivasiya etsə də, daxili arxayınlıq onu matça kökləməyə mane olur. Bəzən belə xal itkilərinin də komandaya qələbədən çox xeyri olur".

Q.Qurbanov yüksək sürətlə avtomobil idarə etməsini sosial şəbəkədə paylaşdığı üçün Araz Abdullayevi cəzalandırdığını bildirib: "Bu barədə geniş açıqlama verməyə ehtiyac yoxdur. Belə şeylərə ciddi önəm veririk. Klubumuzun qaydaları var. İstirahəti də, həzzi də özümüz üçün yaşamalıyıq. Hər bir futbolçunun başına gələn işdir. Sadəcə, cəzalar fərqli olur. Araza da belə cəza tətbiq etdik. Dərindən düşünsək, maşını bir az sürətli sürüb. Biz cəmiyyət üçün belə hərəkətlər etməli deyilik. Arazda islah çox olub. Onun düşünmədən belə hərəkətlərini görmüşük. O və Elvin Yunuszadə bəxtsiz futbolçulardandır. Dünyada da heç nədən problemlər yaradan futbolçular var. İstərdim ki, biz futbol oynadığımız dönəmdə daha çox futbolu düşünək".

Baş məşqçi oktyabrın 24-də Bakıda Kipr APOEL-i ilə keçirəcəkləri matça son oyun prizmasından yanaşmamalarının gərəkliliyini diqqətə çatdırıb.

Onun fikrincə, belə yanaşma ilə problem yaşaya bilərlər: "Düdelanj"la oyundan əvvəl də demişdim ki, hər şey son turda bilinəcək. Matça daha düzgün yanaşmalı və düzgün oyun qurmalıyıq".

Təcrübəli mütəxəssis zədəli Mahi Emrelinin durumundakı irəliləyişlərdən də danışıb: "Mahirin vəziyyəti yaxşılığa doğru gedir. Ötən gün topla azacıq da məşq etdi. Ən azı sonradan oyuna daxil olma ehtimalı var".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:55 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozaran dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22 Şəhid anasının müraciəti yerində araşdırıldı - FOTO 28 Yanvar 2021, 13:16 Samux və Sabirabad sakinlərindən narkotik götürüldü 28 Yanvar 2021, 13:10 Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ 28 Yanvar 2021, 13:04 Bakıda mağazadan oğurluq edildi 28 Yanvar 2021, 12:58 Sabah hava necə olacaq? - PROQNOZ 28 Yanvar 2021, 12:52 Azərbaycan Rusiyadan qaytarılan pomidoru Körfəz ölkələrinə SATDI 28 Yanvar 2021, 12:46 Navalnının mitinqində məşhurlaşan oğlan TUTULDU 28 Yanvar 2021, 12:46 Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü - FOTO 28 Yanvar 2021, 12:42 Naftalanda aztəminatlı ailələrə yardım paylanılıb 28 Yanvar 2021, 12:37