Modern.az

Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0

Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0

20 Oktyabr 2019, 17:42

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.

 

Müdafiə Nazirliyndən Modern.az-a verilən məlumata görə, oktyabrın 20-də cüdo komandamızın üzvləri Hidayət Heydərov (81 kq çəki dərəcəsində) və Məmmədəli Mehdiyev (90 kq-dək) uğurla çıxış edərək yarışın bürünc medallarına layiq görülüblər.

 

Qeyd edək ki, komandamıza ilk bürünc medalı Hidayət Heydərov qazandırıb.

 

Digər təmsilçimiz Elmar Qasımov (100 kq-dək) ilk görüşündə Çili idmançısı Oskar Alarkona ipponla qalib gəlib. Lakin 1/4 final mərhələsində fransız Olivar Sedrikə məğlub olaraq, təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək.

 

Boks yarışındakı təmsilçimiz Sərxan Əliyev (60-64 kq) ilk görüşündə Şri-Lanka idmançısı Racakaruna Bandaraya 5:0 hesabı ilə qalib gəlib. Sərxan Əliyev növbəti görüşünü oktyabrın 21-də braziliyalı Olivyera Vandersona qarşı keçirəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi