Arxiv
21 Oktyabr 2019, 13:50 | DİASPOR
“Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Cocuq Mərcanlıya səfər ediblər - FOTOLAR

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsü ilə Komitə əməkdaşlarından, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələrindən və “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarından ibarət bir qrup şəxs Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

 

Modern.az xəbər verir ki, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarına Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl həriflərlə yazılan, Aprel Qəhrəmanlarının şah əsəri olan “Böyük qayıdışın başlanğıc nöqtəsi” Cocuq Mərcanlı kəndinin tanıdılması, Cocuq Mərcanlıda təhsil alan məktəblilərə mənəvi dəstəyin göstərilməsi, sərhəd bölgəsində yaşayan insanların xalqımızın və dövlətimizin daim diqqətində olduğunun bir daha nümayiş etdirilməsidir.

 

Dövlət Komitəsinin nümayəndə heyəti Cocuq Mərcanlıya səfər çərçivəsində, Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılmış xatirə abidəsini də ziyarət edib və abidənin önünə gül dəstələri qoyublar.

 

Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev nümayəndə heyətinə məktəb barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda 84 şagirdin oxuduğu təhsil ocağı bütün lazımi avadanlıqlarla təchiz edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Könüllülərlə iş üzrə koordinator Bəxtiyar Rəhimov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində vətənimizin gündən-günə abadlaşdığını diqqətə çatdırıb. Qarabağ mövzusunda bu kimi görüşlərin keçirilməsinin vacibliyini qeyd edib, növbəti görüşləri işğal altında olan torpaqlarımızda, Şuşada keçirməyi arzulayıb.

 

Sonra məktəb şagirdləri qonaqların qarşısında vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər.

 

Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olan qonaqlar Dövlət Komitəsi adından məktəbin kitabxanasına kitablar hədiyyə edib.

 

Eyni zamanda, səfər zamanı Dövlət Komitəsinin nümayəndələri və Diaspor Könüllüləri Cocuq Mərcanlı kəndi və onun tarixi ilə ətraflı tanış olublar. Qonaqlar məscidə baş çəkib və Qayıdış parkında gəzintiyə çıxıblar.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərini rəhbər tutaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqram həyata keçirir. Cocuq Mərcanlıya səfər də Proqramın tərkib hissəsi kimi təşkil olunub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa Liqasında ilk 1/8 finalçı məlum olub 26 Fevral 2020, 23:08 Gürcüstanda koronavirus aşkarlandı: Yoluxan İrandan Azərbaycan vasitəsilə qayıdıb 26 Fevral 2020, 22:52 İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45 Bakıda zəncirvari qəzada 3 nəfər öldü 26 Fevral 2020, 17:39 Azərbaycandan çıxışına qadağa qoyuldu - Sərhəddə saxlanıldı - FOTO 26 Fevral 2020, 17:32 “Xocalı soyqırımı - Unutmadıq! Unutmarıq” - FOTO 26 Fevral 2020, 17:26 Masallıda özünü, arvadını, qaynını və qayınanasını güllələyən şəxs Bakıya GƏTİRİLİR 26 Fevral 2020, 17:20 Bakı və Abşeronda toz dumanı 2,6 dəfə çox müşahidə edilir 26 Fevral 2020, 17:14 Xocalı qurbanları bir dəqiqəlik sükutla anıldı 26 Fevral 2020, 17:08 Konstitusiya Məhkəməsi dairələrin nəticəsini ləğv edə bilər 26 Fevral 2020, 17:04