Arxiv
21 Oktyabr 2019, 17:40 | PARLAMENT
“Polis asayişçiləri ən doğru olanını etdilər” - DEPUTAT

“Oktyabrın 19-da Milli Şuranın keçirdiyi icazəsiz mitinq bir daha onu göstərdi ki, müxalifətin məqsədi ölkədə xaos, özbaşınalıq yaratmaqdır”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüstəm Xəlilov Bakıda keçirilən razılaşdırılmamış aksiya barədə danışarkən deyib.

Deputat bildirib ki, mitinq təşkilatçıları Bakı Meriyasının ayırdığı yerə - Lökbatana getsəydi, xoşagəlməz hadisələr və qarşıdurma da baş verməzdi:

“Ay müxalifət, mitinq keçirtmək istədin, sənə Lökbatanda yer ayrıldı. Niyə orda gedib aksiyanı keçirmədin?! İnsanların rahatlığını pozmağa nə cürətiniz var, axı?! "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla və ölkə Konstitusiyası ilə hər bir Azərbaycan vətəndaşı, ictimai-siyasi qurum sərbəst toplaşmaq azadlığından istifadə etmək, yararlamaq hüququna malikdir. Ötən illər ərzində də bu hüquqdan istifadə edilməsi üçün hər cür şərait yaradılıb.  Yəni kimsənin, heç bir qurumun sərbəst toplaşmaq azadlığı hüququndan yararlanmasına zərrə qədər məhdudiyyət, qadağa qoyulmayıb. Onlara yer ayrıldı, getmədilər...
Onsuz da Azərbaycana heç bir diktə, təzyiq keçmir, o dövr  çox geridə qalıb. Kimsə güclü, qüdrətli Azərbaycanla diktə dilində danışa bilməz".


Rüstəm Xəlilovun sözlərinə görə,  qanunsuz təşkil edilmiş aksiya zamanı polis üzərinə düşən işi görüb:


“Oktyabrın 19-da Milli Şura adlanan qüvvənin, radikalların Bakı şəhərində növbəti dəfə qanunsuz aksiyaya cəhd etməsi qarşıdurmaya səbəb oldu. Razılaşdırılmamış aksiyanı  keçirməklə göstərdilər ki, onlar üçün qanunların heç bir əhəmiyyəti yoxdur, demokratiya da qətiyyən onları maraqlandırmır. Hesab edirəm ki, icazəsiz təşkil edilən mitinqdə polis asayişçiləri ən doğru olanını etdilər. Əgər polis gücləndirilmiş iş rejiminə keçməsəydi, vəziyyət daha da pis ola bilərdi”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bank sektorunda sağlamlaşma prosesi gedir - Tahir Mirkişili 2 İyun 2020, 14:09 Hökümət üzvləri Milli Məclisə gəldi - büdcə yenidən müzakirə olunur 2 İyun 2020, 14:03 Arif Məlikovun abidəsi ucaldıldı - FOTO 2 İyun 2020, 13:57 Dünyada daha bir milyarder artdı - FOTO 2 İyun 2020, 13:51 Hansı universitet yay imtahanlarında tələbələrə güzəşt edəcək… 2 İyun 2020, 13:46 İnsanlar koronavirusa niyə inanmırlar? - Həkim: “Millətin yarısı virusa yoluxduqdan sonra...” 2 İyun 2020, 13:40 Fond bağlanan banklara borcu olanlara müraciət etdi 2 İyun 2020, 13:35 Boris Conson Rusiyanı G7-də görmək istəmir 2 İyun 2020, 13:30 BMT Amerika hökumət orqanlarını qınayıb 2 İyun 2020, 13:25 Neftin qiyməti 40 dollara yaxınlaşır 2 İyun 2020, 13:19 Metrodakı davanı polis ARAŞDIRIR - VİDEO 2 İyun 2020, 13:16 Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 2 İyun 2020, 13:10 Nazirlikdən deputatın ittihamlarına CAVAB - Heç bir işçi ixtisar olunmayıb 2 İyun 2020, 13:05 Azərbaycanda 51,9 milyon dollar hərraca çıxarıldı 2 İyun 2020, 13:00 Afrikada koronavirusa yoluxanların sayı 150 mini keçdi 2 İyun 2020, 12:55 Maduro İrana gedir 2 İyun 2020, 12:50 Azərbaycanda şirkət rəhbərinə cinayət işi açıldı 2 İyun 2020, 12:45 Sabahın hava PROQNOZU 2 İyun 2020, 12:40 Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək 2 İyun 2020, 12:35 Qarabağda daha 3 erməni koronavirusa yoluxub 2 İyun 2020, 12:30 Deputat uşaq evlərini tənqid etdi 2 İyun 2020, 12:26 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 2 İyun 2020, 12:25 Baş nazir sərəncam İMZALADI 2 İyun 2020, 12:24 Parlament sosial yardımın 1 illik təyin olunmasını TƏSDİQLƏDİ 2 İyun 2020, 12:23 Milli Məclis maskalarla bağlı cəriməni TƏSDİQLƏDİ 2 İyun 2020, 12:20 Ali məktəblərə ərizə verən abituriyentlərin sayı AÇIQLANDI   2 İyun 2020, 12:16 “Şəhid ailələri və qazilərimiz təhqir olunur” - Vitse-spiker 2 İyun 2020, 12:11 “3 il öncə qanun qəbul etmişik, lakin işləmir” - Cavanşir Paşazadə 2 İyun 2020, 12:08 Rusiyada ilk dəfə virusdan sağalanlar yoluxanları ÜSTƏLƏYİB 2 İyun 2020, 12:05 Səməd Seyidov parlamentdə Qazaxın su problemini qaldırdı - VİDEO 2 İyun 2020, 12:04 Deputat: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir” 2 İyun 2020, 12:00 Fermerlər süni mayalanma ilə doğulmuş buzova görə pul alacaqlar 2 İyun 2020, 11:55 Milli Məclisin iclası canlı yayımlansın - Qüdrət Həsənquliyev 2 İyun 2020, 11:50 Prezident Sumqayıtla bağlı sərəncam İMZALADI 2 İyun 2020, 11:45 “Qondarma rejimi təbrik edən deputatın köməkçisi ermənidir” 2 İyun 2020, 11:40