Modern.az

"Qızıl top"a iddialılar məlum oldu

Aktual

22 Oktyabr 2019, 09:32

 "France Football" "Qızıl top"a iddialıların siyahısını dərc edib.

 

Modern.az-ın məlumatına görə, 30 futbolçunun adının yer aldığı siyahıda Argentina millisinin və “Barselona” klubunun hücumçusu Lionel Messi, Fransa millisinin və “Barselona” klubunun hücumçusu Antuan Qrizman, Misir millisinin və “Lievrpul” klubunun hücumçusu Məhəmməd Salah, Seneqal millisinin və “Liverpul  klubunun hücumçusu Sadio Mane, Portuqaliya millisinin və “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo, Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe, Belçika millisinin və “Real Madrid”in hücumçusu Eden Azar və digərlərinin adları var.

 

Qeyd edək ki, "France Football"un versiyasına görə dünyanın ən yaxşı futbolçusu dekabrın 2-də Parisdə elan ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar