Modern.az

“Bakı Metropoliteni” qatarların intervalındakı gecikməyə AYDINLIQ GƏTİRDİ

“Bakı Metropoliteni” qatarların intervalındakı gecikməyə AYDINLIQ GƏTİRDİ

Aktual

22 Oktyabr 2019, 11:39

Bu gün səhər saatlarından etibarən qatarların hərəkət intervalında gecikmə baş verir.

“Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib:

“Texniki səbəblərdən “28 May” metrostansiyasında qatarda problem yaranıb və xətdən çıxarılaraq, depoya göndərilib. Buna görə də stansiyalarda qatarların hərəkətində ləngimə yaranıb. Gün ərzində metroda sıxlıq da müşahidə olunur, bu da öz növbəsində qatarların stansiyalarda daha çox dayanması ilə nəticələnir. Ümumiyyətlə, son illərdə sərnişin sıxlığı artıb, buna görə də qatarlar arasında intervalı 2 dəqiqədən aşağı etmək olmur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır