Modern.az

Ərdoğan bu gün Putinlə nədən danışdı…

Ərdoğan bu gün Putinlə nədən danışdı…

22 Oktyabr 2019, 15:56

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla  Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş olub.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, prezidentlər Soçidə keçirilən Zirvə toplantısından öncə təkbətək görüşərək, Suriya məsələsini müzakirə ediblər. Hər iki dövlət başçısı mətbuata açıqlamasında  regiondakı qarışıqlığa toxunublar. 

R.T. Ərdoğan həmkarı ilə görüşünü "bu, sülhün daha güclü şəkildə ələ alınmasına imkan verəcək" - deyərək, qiymətləndirib.

Rusiya prezidenti Vladimir Putin isə açıqlmasında qeyd edib ki, regiondakı vəziyyətlə bağlı çox fərqli dinamikalar var, bunu dərk edirlər. Rusiya prezidenti inanır ki, bu görüş və məsləhətləşmələr çox səmərəli olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı