Modern.az

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

23 Oktyabr 2019, 10:55

 

2019-cu il oktyabr ayının 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.   

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!