Arxiv
23 Oktyabr 2019, 14:30 | AKTUAL
AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub 

AZƏRTAC və Malayziyanın Bernama milli informasiya agentliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

 

Bakıda səfərdə olan Bernama agentliyinin beynəlxalq informasiya departamentinin redaktoru Racminakan Raviçandran AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşüb.

 

Danışıqlar ikitərəfli əməkdaşlıq, beynəlxalq informasiya təşkilatlarında qarşılıqlı əlaqə, müasir mediadakı trendlərin agentliklərin fəaliyyətinə təsirləri kimi mövzuları əhatə edib. İki agentlik əməkdaşlıq haqqında sazişi 2014-cü ildə Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində imzalayıblar. Bernama AZƏRTAC-ın hazırda sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin üzvüdür. Bu agentliklərin OANA çərçivəsində əməkdaşlıq əlaqələri 2004-cü ildən başlayır.

 

Görüşdə, həmçinin multimedia məhsulları və xəbər istehsalı, sosial şəbəkələrin agentliklərin fəaliyyətinə təsiri məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, videoxəbər müasir dövrdə önəmli informasiya növü olmaqla sosial şəbəkələr vasitəsilə sürətlə yayılaraq böyük auditoriya toplayır. AZƏRTAC da bu sahəyə böyük diqqət ayırır. Multimedia məhsullarının istehsalına 2011-ci ildə başlayan agentlik hazırda öz veb-resursları və sosial şəbəkələr vasitəsilə 5 dildə videoxəbər yayır. Bernama agentliyi videoxəbər istehsalı və satışı hesabına yeni müştərilər cəlb etmək niyyətindədir. Racminakan Raviçandran AZƏRTAC-ın bu sahədəki təcrübəsi ilə maraqlanıb.

 

Danışıqlar zamanı oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə Görüşünün işıqlandırılması məsələləri də diqqət mərkəzində olub. Qeyd edilib ki, AZƏRTAC və Bernama bu önəmli tədbirdən xəbərlərin hazırlanması və yayılmasına ciddi hazırlaşıb.

 

Görüşdə Azərbaycanın Malayziyadakı səfirliyinin birinci katibi Rafiq Rüstəmov iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tbilisidə parlament binası qarşısında aksiya bərpa edilib 19 Noyabr 2019, 19:45 Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclığa başladılar 19 Noyabr 2019, 19:37 Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü 19 Noyabr 2019, 19:26 Mirzə Cəlilin kötükçəsi Azərbaycan papağı ilə - FOTO 19 Noyabr 2019, 19:24 “Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı qarşısında duran əsas riskləri açıqlayıb 19 Noyabr 2019, 19:19 "Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb 19 Noyabr 2019, 19:06 Gənc jurnalistin müsahibəsi Cəlil Məmmədquluzadənin nəticəsini necə Bakıya gətirdi... 19 Noyabr 2019, 19:03 Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50