Modern.az

Qazaxda ağır qəza: ata və qızı yaralandı

Qazaxda ağır qəza: ata və qızı yaralandı

24 Oktyabr 2019, 00:02

Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, "VAZ-21011" markalı avtomobilin "Niva" markalı avtomobillə toqquşması nəticəsində, Ağstafa rayon Düzqışlaq kənd sakini, 1993-cü il təvəllüdlü Rüfət Yaşar oğlu Mustafayev, Qazax rayon Daş Salahlı kənd sakini, 1990-cı il təvəllüdlü Natiq Nəbi oğlu Zülfüqarov və onun üç yaşlı qızı Səma xəsarət alıb.

Hər üç şəxs Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi