Arxiv
24 Oktyabr 2019, 15:29 |
Qanunsuz süd məhsulları sexi aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə daxil olmuş növbəti məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib.

        
Agentlikdən Modern.az-a bildirilib ki, yoxlama zamanı müəyyən edilib ki, emal müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçməyib və avtomagistral yolun kənarında, istifadəolunma təyinatı maşın qarajı üçün nəzərdə tutulmuş birmərtəbəli daş tikilidə fəaliyyət göstərir.

Yoxlama zamanı sexdə sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd məhsullarının istehsalının həyata keçirildiyi aşkarlanıb.

Emal prosesində qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılmadığı müəyyən olunub. Eyni zamanda xammal və yarımfabrikatların mənşəyi ilə bağlı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlərin olmadığı da aşkarlanıb.

Müəssisədə sanitar gigiyenik tələblərə riayət olunmadığı və məhsulda kif göbələklərinin inkişafının qarşısının alınması, həmçinin saxlanma müddətinin artırılması məqsədilə istehsal prosesi zamanı texniki normativ aktların tələblərinə zidd olaraq, insanın həyat və sağlamlığına təhlükə yarada biləcək E 235 “Pimarisin-Natamisin” (Pimalak) konservantından gözəyarı şəkildə istifadə olunduğu aşkar edilib. Sexdə temperatur və rütubət rejiminin tənzimlənməsinə nəzarətin həyata keçirilmədiyi də müəyyən olunub. 

Bütün bunlarla yanaşı, məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı aşkarlanıb. Məhsulun etiketlənməsində isə istehsalçı kimi hazırda fəaliyyət göstərməyən subyektin adı və ünvanı qeyd edilib.

Emal sahəsində  xammal və hazır məhsulların eyni soyuducu kamerada, mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı aşkar olunub. İnsanların həyat və sağlamlığına təhlükə yaradacağına dair əsaslı şübhələr olduğundan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat yol polisinin "plyonka" qərarını dəstəklədi 18 Noyabr 2019, 09:36 ABŞ-la Avropa Birliyindən Gürcüstandakı siyasi gərginliyə REAKSİYA 18 Noyabr 2019, 09:36 Hillari Klinton son anda ölümdən döndü 18 Noyabr 2019, 09:28 Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı 18 Noyabr 2019, 09:24 İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib 18 Noyabr 2019, 09:19 İndoneziyanın Bakıdakı səfiri: “İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub” - MÜSAHİBƏ 18 Noyabr 2019, 09:01 21 yaşlı məhkum özünü asdı 18 Noyabr 2019, 00:34 Belarus parlamentinə 110 deputat seçildi 18 Noyabr 2019, 00:16 Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü 17 Noyabr 2019, 23:51 Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq 17 Noyabr 2019, 23:29 Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu 17 Noyabr 2019, 23:07 Gəmidə yanğın oldu 17 Noyabr 2019, 22:44 Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02