Arxiv
25 Oktyabr 2019, 12:25 | İQTİSADİYYAT
“Yeni dalğa gəlir” - Elman Rüstəmov Prezidentin islahatlarından danışdı

“Prezident İlham Əliyev andiçmə mərasimində növbəti 7 il üçün proqram xarakterli çıxış etdi. Bunun da əsasında ölkədə davamlı, dayanıqlı iqtisadiyyatın yaradılması, daha güclü iqtisadi siyasətin həyata keçirilməsi dayanır”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Prezidentin son günlər start verdiyi islahatlara münasibət bildirərkən deyib. E.Rüstəmov qeyd edib ki, ölkə başçısının bütün siyasətinin əsasında Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dayanır:

"İslahatların miqyası göstərir ki, burada söhbət artıq yeni kursdan gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edəcək. İslahatların əsas istiqamətlərinə baxanda yaxın keçmişdə toxunulmaz hesab edilən vergi, gömrük, fiskal sferada radikal islahatlar və şəffaflaşmanın şahidi olduq, məhkəmə islahatlarına start verildi. Bütövlükdə struktur və kadr islahatları geniş vüsət alıb. Əməkhaqlarının artırılması əmək bazarının formalaşmasında mühüm rol oynayır".

Elman Rüstəmov deyib ki, islahatların dalğası gəlir və onun əhatəsi daha da genişlənəcək:

"Bu islahatların mərkəzində isə dövlət maliyyəsindən, dövlət sektorundan özəl sektora, bazar qüvvələrinə və xarici investisiyalara arxalanmaq dayanır".

E.Rüstəmovun sözlərinə görə, dünya xarici investisiyalar bazarı 1,2 trilyon dollardır:

"Bu gün dünyada 15 trilyon vəsait 0 və mənfi faiz altındadır. Bu o deməkdir ki, nə daxili, nə də xarici iqtisadiyyatda ozlərinə gəlir gətirən mənbə tapa bilmirlər. Prezidentin dediyi ondan ibarətdir ki, biz investisiyalar üzərində mübarizə aparmalıyıq".

Bank-maliyyə sektoruna gəldikdə, E.Rüstəmov deyib ki, əsas məqsəd maliyyə sektorunun bütüm seqmentlərini inkişaf etdirməkdir:

"Biz bank sektorunda çox ciddi işlər görməliyik. Olduqca yaxşı xəbəri sizinlə bölüşüm: Beynəlxalq konsaltinq şirkətlərindən biri Beynəlxalq Bankın yeni biznes modelini yaradıb. Təbii ki, bunun reallaşdırılmasına başlanacaq".

Onun sözlərinə görə, qütbləşmənin artması üçün olduqca böyük təşviq tədbirləri var:

"Zəmanət Fondu, Aqrar Kreditlərin Maliyyələşdirilməsi Fondu, Sahibkarlığa Yardım Fondu və s. bu tipdə fondlar var ki, onların təşviqinə ehtiyac yaranıb. Onların hər biri analiz edilir: nə dərəcədə sistemlidir, cənab Prezidentin qoyduğu məqsədlərə necə xidmət edir, yeni iş yerləri yaradılırmı, istehsal gücləri aktiv kapital gətirimi və s. Bunlar çox ciddi analiz olunacaq ki, biz yeni strateji baxış yaradaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - SƏRƏNCAM 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54 ABŞ-ın Dövlət katibi istefa vermək istəyir 20 Noyabr 2019, 17:52 Xalq artisti evini satışa çıxardı - ŞOK QİYMƏTƏ - VİDEO 20 Noyabr 2019, 17:42 Azərbaycanda polisi ürəyindən vurdular 20 Noyabr 2019, 17:35 Göygöldə yol qəzası: ağır yaralılar var 20 Noyabr 2019, 17:28 Maradona istefa verdi 20 Noyabr 2019, 17:20 Şəhid adından istifadə edən dələduz pul yığır - FOTO+VİDEO 20 Noyabr 2019, 17:11 “Nar” abunəçilərini arzuolunmaz mesajlardan necə qoruyur...   20 Noyabr 2019, 17:06 2019-cu il Azərbaycanda gələn turist sayına görə rekord vuracaq 20 Noyabr 2019, 17:02 Milli Qəhrəmana “Cümhuriyyətin 100 illik yubileyi” medalı verildi - FOTO 20 Noyabr 2019, 16:50 Azərbaycandan gedənlərin SAYI 20 Noyabr 2019, 16:43 Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı” 20 Noyabr 2019, 16:36 Doqquz ayda 46898 nikah, 12713 boşanma... 20 Noyabr 2019, 16:35 Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub 20 Noyabr 2019, 16:20 Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm SƏRƏNCAM 20 Noyabr 2019, 16:11 Putin Zelenskini “yaraşıqlı” adlandırdı 20 Noyabr 2019, 16:05 Əbülfəs Qarayev Parisdə 4 ölkənin naziri ilə görüşüb - FOTO 20 Noyabr 2019, 15:58 Bakıda “gəlin maşını” yanıb külə döndü - VİDEO 20 Noyabr 2019, 15:51 Azərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıb 20 Noyabr 2019, 15:45 Xəzərin dibi ilə Qazaxıstandan Azərbaycana kabel xətti çəkilir 20 Noyabr 2019, 15:38 Türkiyəli həkimlər Oqtay Gülalıyevi əməliyyat etdilər - Beyninə “trubka”qoyuldu 20 Noyabr 2019, 15:32 Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan - ermənilər köhnə yazıların tarixini dəyişdirir 20 Noyabr 2019, 15:26 Nazir müavini Goranboyda məktəbin vəziyyəti ilə tanış olub 20 Noyabr 2019, 15:20 Azərbaycandakı rəsmi işsizlərin SAYI - açılan və bağlanan iş yerləri... 20 Noyabr 2019, 15:12 Baş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYA 20 Noyabr 2019, 15:05 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək 20 Noyabr 2019, 15:04 İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı 20 Noyabr 2019, 14:59 Pərviz Şahbazov ABŞ-a gedib 20 Noyabr 2019, 14:54 Ölkədə muzdla işləyənlərin orta aylıq maaşında artım var 20 Noyabr 2019, 14:43 Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ   20 Noyabr 2019, 14:37 Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ 20 Noyabr 2019, 14:30 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 20 Noyabr 2019, 14:23 İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ... 20 Noyabr 2019, 14:16