Arxiv
28 Oktyabr 2019, 11:56 | İQTİSADİYYAT
Məmur biznesinə son qoyulur? - “Dövlət başçısı bu məsələdə israrlıdır”

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilk müsahibəsilə Azərbaycanda iqtisadi inkişafa mane olan amillərin aradan qaldırılacağının, məmur biznesinə son qoyulacağının anonslarını verib.

 

Nazir qeyd edib ki, mövcud iqtisadiyyatda hələ də antiinhisar sahəsində problemlər qalmaqdadır:

 

“Bu, özünü müxtəlif amillərdə büruzə verir - ilk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında. Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri olan mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etmək, mövcud olan qanunvericiliyin isə tətbiqini gücləndirməkdir".

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Preziden İlham Əliyevin bununla bağlı yeni nazirin qarşısında tapşırıqları var:

 

“Ölkə başçısı keçirdiyi müşavirələrdə, yeni nazirlərin təyinatı zamanı da məmur biznesilə bağlı məsələyə toxundu. O, konkret olaraq dedi ki, məmur və biznes söhbətinə birdəfəlik son qoymaq lazımdır. Ona görə də yeni İqtisadiyyat naziri təyin olunanda bu məsələlər onun da diqqətinə çatdırıldı. Birdəfəlik qəbul edilməlidir ki, əgər sən məmursansa, bizneslə məşğul ola bilməzsən. Əgər bizneslə məşğul olmaq istəyirsənsə, get biznesinlə məşğul ol. Yox, məmur işləmək istəyirsənsə, biznesdən əl çək”.

 

Deputat deyib ki, bunun üçün bir neçə məsələdə köklü dəyişiklik edilməlidir:

 

“İlkin olaraq “Maliyyə amnistiyası” verilməlidir. Bu məsələni birdəfəlik qurtarmalıyıq. Kimlərsə əyri, ya düz yolla qazanıb, fərq qoymadan o vəsaitlərin Azərbaycana gətirilməsini təmin etmək lazımdır. Həmin vəsaitlər hesabına ölkəyə investisiya qoyulmalıdır, zavod, fabriklər tikilməlidir, sosial layihələr həyata keçirilməlidir və s. Qanun qəbul olunmalıdır ki, sözügedən vəsait narkobiznesdə, cinayətkarlıqda istifadə edilməsin.

İkincisi, mütləq şəkildə “Gəlir deklorasiyası haqqında” qanun işlək hala gətirilməlidir. İllər əvvəl qəbul edilmiş qanunun icrasına heç olmasa gələn ildən başlanılmalıdır. Məmurlar da, millət vəkilləri də gəlir dekolorasiyası verməlidirlər. İl ərzində qazandıqları barədə məlumat verməlidirlər.

Üçüncü əsas məsələ “Rəqabət Məcəlləsi haqqında” qanunun qəbuludur. Biz bazarda azad rəqabətin formalaşmasını təmin etməliyik. Bazar iqtisadiyyatı şəraitində hər şey insanlar üçün əlçatan olmalıdır. Bazarda kiməsə digərlərinə nisbətən üstünlük verilə bilməz”.

 

Parlamentari Mikayıl Cabbarovun çıxışında da bu məqamların yer aldığını vurğulayıb:

 

“Nazirin çıxışından bəlli olur ki, sadalanan məsələlərlə bağlı qərarlar qəbul ediləcək”.

 

V.Əhmədov sadalanan qanunların qəbul olunmasının gecikdirilmə səbəbini də açıqlayıb:

 

“Parlament tərəfindən bütün işlər icra olunub. Bizə daxil olan layihələr istər komitə iclaslarında, istərsə də plenar iclaslarda müzakirə olunur, səsə qoyulur, müəyyən hissələrdə düzəlişlər edilir, razılaşdırılır və s. Bizim tərəfimizdən heç bir narahatlıq yoxdur. O insanlar ki, bu gün vəzifədə oturublar, həm də bizneslə məşğuldurlar, onlara belə qanunlar sərf eləmir. Onlar daha çox vəsait əldə etmək üçün belə qanunları maneə kimi görür və qəbulunu vacib saymırlar. Amma görünən odur ki, dövlət başçısı bu məsələlərin birdəfəlik həlli üçün öz siyasi iradəsini ortaya qoyub, konkret olaraq göstərişlərini verib. 15 oktybardan sonra gedən proses onu göstərir ki, dövlət başçısı bu məsələlərdə israrlıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mixail Qusman İlham Əliyevə təşəkkür etdi 24 Yanvar 2020, 17:56 Mətbuat Şurası bəzi KİV-ləri “qara siyahı”dan çıxardı 24 Yanvar 2020, 17:50 Məktəbliləri vuran sürücü TUTULDU 24 Yanvar 2020, 17:44 Malik Həsənovun görüşlərində ağsaqqallar və gənclər fəal iştirak edirlər - FOTO 24 Yanvar 2020, 17:38 Ziyad Əliabbas oğlu Səmədzadə - ZƏNGİNLİK! 24 Yanvar 2020, 17:32 Almaniyada kütləvi QƏTLİAM: 6 nəfər öldürüldü 24 Yanvar 2020, 17:30 Yazarlar Anarın namizədliyinə qarşı: “82 yaşında da gözü vəzifədən doymur” 24 Yanvar 2020, 17:24 “Ülvi Quliyev hər zaman yanımızda olub” – Seçicilərindən Ülvi Quliyevə böyük DƏSTƏK 24 Yanvar 2020, 17:22 Nazirlikdən ölümcül virusla bağlı XƏBƏRDARLIQ 24 Yanvar 2020, 17:18 Deputatlığa namizəd Gədəbəyin tarixi abidələri ilə bağlı məsələ qaldırdı 24 Yanvar 2020, 17:15 3 nəfəri tok vurdu - cinayət işi açıldı 24 Yanvar 2020, 17:12 Novruz Məmmədov Cavad xanın kötücəsinin də Azərbaycana gəlişinə mane olub - MÜSAHİBƏ 24 Yanvar 2020, 17:06 BNA-dan hava ilə bağlı sərnişinlərə müraciət 24 Yanvar 2020, 17:01 Fəzail Ağamalının çıxışından VİDEO 24 Yanvar 2020, 17:00 Mərkəzi Seçki Komissiyasına yeni sədr seçildi 24 Yanvar 2020, 16:57 Körpələri bir-birinə bağlayan tibb bacıları  CƏZALANDIRILDI 24 Yanvar 2020, 16:51 Eyfel qülləsi bağlandı 24 Yanvar 2020, 16:47 Aqiyə Naxçıvanlı seçicilərlə görüşüb - FOTO 24 Yanvar 2020, 16:45 Naftalanda turistlərin rahatlığı üçün daha bir yenilik - FOTOLAR 24 Yanvar 2020, 16:42 SOCAR: Dənizdə təhlükəsizlik rejimi maksimum gücləndirilib 24 Yanvar 2020, 16:30 BAXCP sədri seçicilərlə görüşdü - FOTO 24 Yanvar 2020, 16:25 Ceyhun Bayramov Salyanda şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb - FOTO 24 Yanvar 2020, 16:20 “Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX 24 Yanvar 2020, 16:14 BMU məzunu nüfuzlu Vistula Universitetində! 24 Yanvar 2020, 16:07 Şəkilləri lövhələrdən cırılan, üzünə bığ çəkilən namizədlər - FOTO 24 Yanvar 2020, 16:01 Azər Kərimli 90 yaşlı seçicisini evində ziyarət edib - FOTOLAR 24 Yanvar 2020, 15:56 BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun! 24 Yanvar 2020, 15:50 Gədəbəy kəndləri təhsil menecerinə səs verəcəklər 24 Yanvar 2020, 15:44 İsraildə erməni keşişlərdən NARAZILIQ: “Bir yəhudi kimi deyirəm, həyasızlıq onların qanındadır” 24 Yanvar 2020, 15:37 Bakı və Moskva arasında əməkdaşlıq protokolu imzalandı 24 Yanvar 2020, 15:30 Sahil Babayev peşəkarları “Yüksəliş”ə dəvət etdi - VİDEO 24 Yanvar 2020, 15:24 Qusarda qarlı hava qəzaya səbəb oldu 24 Yanvar 2020, 15:17 Ziyafət Əsgərovun Astaradakı görüşləri davam edir - FOTO 24 Yanvar 2020, 15:10 Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ! 24 Yanvar 2020, 15:04 ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm” 24 Yanvar 2020, 14:58
SORĞU Yeni parlamentdə kimlər olsun?