Modern.az

İntizam Komissiyasının sədrindən Xanhüseyn Kazımlı AÇIQLAMASI - VİDEO

İntizam Komissiyasının sədrindən Xanhüseyn Kazımlı AÇIQLAMASI - VİDEO

Parlament

29 Oktyabr 2019, 12:19

“Hansısa deputatın qüsurlu danışması İntizam Komissiyasında müzakirə olunmur”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deputat Xanhüseyn Kazımlının  bir neçə ay bundan qabaq Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında anlaşılmayan çıxışına münasibət bildirərkən deyib.

 

Komissiya sədri bildirib ki, bu cür hallarla bağlı heç bir müraciət daxil olmayıb:

“Belə məsələlərdən xəbərim yoxdur. Bir şəxsin danışığında problem yaranıbsa, onu lağ obyektinə çevirmək olmaz. Bəlkə, səhhətində problem olub?! Məsələləri bilmədən ələ salmaq doğru deyil. Həmçinin, bu cür məsələlər heç vaxt İntizam Komissiyasının müzakirə mövzusu olmayıb”.

 

Qeyd edək ki, deputat Xanhüseyn Kazımlı bir neçə ay bundan qabaq  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərkən fikirlərini ifadə edə bilməyib. Çıxışını bu cür edib:

 

"Büdcənin, deməli, əksinə təsir göstərir... Ona görə də, ona görə də, əgər deməli, 15 il sonrakı 15 faizdən... 15 faizdən artıq olarsa, deməli, büdcənin kəsiri... dövlət büdcəsinin borc alması onda büdcə kəsiri... onda, deməli (yanındakına: mən siz danışanda qulaq asdım da, qulaq asın... mən səhv deyirəmsə, qulaq asın) həəə... deməli, əgər... əgər, dünyada gedən proses belədirsə, Azərbaycanı niyə qınamaq olur? Azərbaycanın hər yerdə... Azərbaycanın hər yerdə.. bütün insanlar... bütün insanlar Azərbaycana gəlməkdən ötrü cəhd göstərir. Ona görə də, bəlkə də... bəlkə də... öhö... 1930-cu ilin əgər 194 yerdən, yerdən... 194-cü yerdən ABŞ 74-cü yerə düşübsə... iqtisadçıların hesablamalarına görə 2020-ci ildə düşübsə, deməli bu, o deməkdir ki, ABŞ-ın 1930-cu ilin böhranı gözləyir. Ona görə də, Azərbaycanı qınamaq lazım deyil. Bəlkə də dünya üzrə gedən prosesdir, problemdir, ona görə də bunun dünyanın problemləri sırasına daxil eləmək lazımdır. Çox sağ olun. Diqqətinizə görə çox sağ olun". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir