Modern.az

Ən yaşlı və ən cavan rektorlar kimlərdi...

Ən yaşlı və ən cavan rektorlar kimlərdi...

Təhsil

30 Oktyabr 2019, 08:13

Prezident İlham Əliyev pensiya yaşı ötmüş məmurları istefa mədəniyyəti göstərməyə çağırdıqdan sonra, ölkə gündəmində yaş tendensiyası aktual məsələyə çevrilib. Elə biz də bu məsələdən qaynaqlanaraq, ali təhsil müəssələrindəki rəhbər şəxslərin yaşı ilə maraqlandıq. Baxmayaraq ki, onları məmur hesab etmək olmaz,  elm və təhsil müəssisələri, yaradıcı təşkilatların rəhbərlərinə yaş senzi tətbiq olunmasa da, hər halda ictimaiyyət üçün də maraqlı ola bilər.


Modern.az
  xəbər verir ki, ən yaşlı universitet rektorunun 92, ən gənc rektorun isə 40 yaşı var.


Bakı Dövlət Universitetinin rektoru: Elçin Babayev 1965-ci ildə dünyaya gəlib, 54 yaşı var.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru: Mustafa Babanlı 1968-ci ildə dünyaya gəlib, 51 yaşı var.


Azərbaycan Texniki Universitetinin rektoru: Vilayət Vəliyev 1960-cı ildə dünyaya gəlib, 59 yaşı var.


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru: Ədalət Muradov, 1962-ci ildə dünyaya gəlib, 57 yaşı var.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru: Cəfər Cəfərov 1960-cı ildə dünyaya gəlib, 59 yaşı var.


Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru: Gülçöhrə Məmmədova 1953-cü ildə dünyaya gəlib, 66 yaşı var.


Bakı Slavyan Universitetinin rektoru: Nurlana Əliyeva 1946-cı ildə dünyaya gəlib, 73 yaşı var.


Azərbaycan Dillər Universitetinin rektoru: Kamal Abdulla 1950-ci ildə dünyaya gəlib, 69 yaşı var.


Bakı Mühəndislik Universitetinin rektoru: Havar Məmmədov, 1945-ci ildə anadan olub, 74 yaşı var.


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru: Fərhad Bədəlbəyli 1947-ci ildə dünyaya gəlib, 72 yaşı var.


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru  Ceyran Mahmudova 1964-cü ildə dünyaya gəlib, 55 yaşı var.


Azərbaycan Tibb Universitetinin rektoru: Gəray Gəraybəyli 1967-ci ildə dünyaya gəlib, 52 yaşı var.


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru: Fuad Hacıyev 1962-ci ildə dünyaya gəlib, 57 yaşı var.


Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru: İbrahim Cəfərov 1956-cı ildə dünyaya gəlib, 63 yaşı var.


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru: Urxan Ələkbərov 1943-cü ildə dünyaya gəlib, 76 yaşı var.


Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru: Heydər Əsədov 1959-cu ildə dünyaya gəlib, 60 yaşı var.


Bakı Ali Neft Məktəbinin rektoru: Elmar Qasımov 1973-cü ildə dünyaya gəlib, 46 yaşı var.


Azərbaycan Diplomatik Akademiyasının rektoru: Hafiz Paşayev 1941-ci ildə dünyaya gəlib, 78 yaşı var.


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru: Əziz Əliyev 1975-ci ildə dünyaya gəlib, 44 yaşı var.


Bakı Xoreoqrafiya Akademiyasının rektoru: Timuçin Əfəndiyev 1945-ci ildə dünyaya gəlib, 74 yaşı var.


M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru: Nərgiz Paşayeva 1962-ci ildə dünyaya gəlib, 57 yaşı var.


Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi: Nazim Əliyev 1959-cu ildə dünyaya gəlib, 60 yaşı var.


Dövlət Gömrük Komitəsinin Akademiyasnln rəisi Qulu Novruzov, 1970-ci ildə dünyaya gəlib, 49 yaşı var.


Sumqayıt Dövlət Universitetinin rektoru : Elxan Hüseynov 1948-ci ildə dünyaya gəlib, 71 yaşı var.


Gəncə Dövlət Universitetinin rektoru: Yusif Yusubov 1951-ci ildə dünyaya gəlib, 68 yaşı var.


Mingəçevir Dövlət Universitetinin rektoru: Şahin Bayramov 1979-cu ildə dünyaya gəlib, 40 yaşı var.


Naxçıvan Dövlət Universitetinin rektoru: Saleh Məhərrəmov 1965-ci ildə dünyaya gəlib, 54 yaşı var.


Azərbaycan Milli Konsevatoriyasının rektoru: Siyavuş Kərimi 1954-cü ildə anadan olub, 65 yaşı var.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru: Ömər Eldarov 1927-ci ildə anadan olub, 92 yaşı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır