Arxiv
3 Noyabr 2019, 17:32 | MƏDƏNİYYƏT
Tanıdığınız tanışlar: Fəxri ad ala bilməyən məşhur aktyoru bu şəkildən də görün - FOTOLAR

Modern.az saytında “Tanıdığınız tanışlar” rubrikasına davam edirik...  

Bu rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli yazının əvvəlində təqdim olunur. 

Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır. 

Rubrikamızın növbəti təqdimatında xəbər lentinə qoyduğumuz şəkli yazıya baxmadan yəqin ki tanıya bilmədiniz...
 
Bu şəkildəki şəxs hamının aktyor, parodiya ustası, dublyajçı və ən nəhayət “Ovçu Pirim” kimi tanıdığı Allahverdi Yolçuyevdir.

O Allahverdi Yolçuyev ki, 40 ildir səhnədə olmasına baxmayaraq, hazırda nə hansısa fəxri adı var, nə də dayanıqlı iş yeri...

Allahverdi Bayram oğlu Yolçuyev 20 avqust 1958-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan” Pəmbək bölgəsinin Cəlaloğlu kəndində dünyaya gəlib. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimləri-SSRİ xalq atisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova olub.

1978-1979-cu ildə Leninqradda keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət İnistitunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib.
Allahverdi Yolçuyev bir çox film və tamaşalarda rol alıb. Xüsusi ilə dublyaj sahəsində tanınıb. Onun ən yaddaqalan rol səsləndirməsi məşhur fransız aktyoru Lui de Fünesin yaratdığı obrazlar olub.
Özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib.
Sumqayıt Dövlət Dram teatrında  işləyib. 20 ilə yaxın AzTV-də uşaqlar üçün verlişin aparıcısı olan A.Yolçuyev hamının yadında özünün yox, yaratdığı obrazın adı ilə - “Ovçu Pirim” kimi qalıb. Onun sonuncu iş yeri Musiqili Komediya Teatrı olub. Bu gün isə aktyor telekanallarda müxtəlif filmləri dublyaj etməklə, el şənliklərində tamadalıq etməklə pul qazanmağa çalışır.

Ailəlidir 4 qız övladı, nəvələri var... Aktyor Parkinson xəstəliyindən əziyyət çəkir...



 A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - SƏRƏNCAM 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54 ABŞ-ın Dövlət katibi istefa vermək istəyir 20 Noyabr 2019, 17:48 Xalq artisti evini satışa çıxardı - ŞOK QİYMƏTƏ - VİDEO 20 Noyabr 2019, 17:42 Azərbaycanda polisi ürəyindən vurdular 20 Noyabr 2019, 17:35 Göygöldə yol qəzası: ağır yaralılar var 20 Noyabr 2019, 17:28 Maradona istefa verdi 20 Noyabr 2019, 17:20 Şəhid adından istifadə edən dələduz pul yığır - FOTO+VİDEO 20 Noyabr 2019, 17:11 “Nar” abunəçilərini arzuolunmaz mesajlardan necə qoruyur...   20 Noyabr 2019, 17:06 2019-cu il Azərbaycanda gələn turist sayına görə rekord vuracaq 20 Noyabr 2019, 17:02 Milli Qəhrəmana “Cümhuriyyətin 100 illik yubileyi” medalı verildi - FOTO 20 Noyabr 2019, 16:50 Azərbaycandan gedənlərin SAYI 20 Noyabr 2019, 16:43 Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı” 20 Noyabr 2019, 16:36 Doqquz ayda 46898 nikah, 12713 boşanma... 20 Noyabr 2019, 16:35 Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub 20 Noyabr 2019, 16:20 Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm SƏRƏNCAM 20 Noyabr 2019, 16:11 Putin Zelenskini “yaraşıqlı” adlandırdı 20 Noyabr 2019, 16:05 Əbülfəs Qarayev Parisdə 4 ölkənin naziri ilə görüşüb - FOTO 20 Noyabr 2019, 15:58 Bakıda “gəlin maşını” yanıb külə döndü - VİDEO 20 Noyabr 2019, 15:51 Azərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıb 20 Noyabr 2019, 15:45 Xəzərin dibi ilə Qazaxıstandan Azərbaycana kabel xətti çəkilir 20 Noyabr 2019, 15:38 Türkiyəli həkimlər Oqtay Gülalıyevi əməliyyat etdilər - Beyninə “trubka”qoyuldu 20 Noyabr 2019, 15:32 Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan - ermənilər köhnə yazıların tarixini dəyişdirir 20 Noyabr 2019, 15:26 Nazir müavini Goranboyda məktəbin vəziyyəti ilə tanış olub 20 Noyabr 2019, 15:20 Azərbaycandakı rəsmi işsizlərin SAYI - açılan və bağlanan iş yerləri... 20 Noyabr 2019, 15:12 Baş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYA 20 Noyabr 2019, 15:05 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək 20 Noyabr 2019, 15:04 İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı 20 Noyabr 2019, 14:59 Pərviz Şahbazov ABŞ-a gedib 20 Noyabr 2019, 14:54 Ölkədə muzdla işləyənlərin orta aylıq maaşında artım var 20 Noyabr 2019, 14:43 Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ   20 Noyabr 2019, 14:37 Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ 20 Noyabr 2019, 14:30 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 20 Noyabr 2019, 14:23 İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ... 20 Noyabr 2019, 14:16