Modern.az

Böyük Britaniya ilə Aİ arasında ticarət sazişi baş tutmaya bilər

Böyük Britaniya ilə Aİ arasında ticarət sazişi baş tutmaya bilər

Aktual

5 Noyabr 2019, 19:37

Böyük Britaniya hökuməti “Brexit”dən sonra keçid mərhələsi başa çatanadək Avropa İttifaqı (Aİ) ilə ticarət sazişinin imzalanmaması ehtimalını nəzərə alır.

 

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Lankaster hersoqluğunun kansleri (de-fakto xüsusi tapşırıqlar üzrə nazir) Maykl Qouv müsahibəsində bildirib.

 

“Əlbəttə, biz hər bir ehtimala hazır olmalıyıq, amma keçid dövrü başa çatanadək Aİ ilə qarşılıqlı faydalı münasibətlər qura biləcəyimizə şübhə etmirəm”, - deyə britaniyalı rəsmi 2020-ci il başa çatanadək Aİ ilə gələcək əməkdaşlıq, ticarət qaydaları və tariflər barədə saziş imzalayıb-imzalamayacaqları barədə suala cavab verərkən bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!