Arxiv
6 Noyabr 2019, 12:55 | AKTUAL
Bakıdakı avtobus qəzasının səbəbi AÇIQLANDI

Noyabrın 4-də Nizami rayonunun Qara Qarayev prospektində “Azlənd Plaza”MMC-nin müvəqqəti istismarında olan 57 nömrəli xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə "BakuBus" MMC-nin müvəqqəti istismarında olan 7A nömrəli xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a aparılan ilkin araşdırmanın ilkin nəticələrini açıqlayıb:

“Məlum olub ki, 57 nömrəli marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və idarəetməni itirərək nəqliyyat vasitəsini həmin vaxt dayanacaqda olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpıb.

Aparılan təhlillər bir daha onu göstərir ki, bu cür yol nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri özəl daşıyıcıların gediş haqlarını nağd şəkildə (plan əsasında) həyata keçirməsidir. Belə olan halda sürücülər, daha çox sərnişin daşımaq üçün digər sürücülərlə bəhsə girərək, təhlükəli ötmə əməliyyatları və manevrlər edirlər ki, bu da qəza riskini artır.

Bu cür qəzaları şərtləndirən digər bir amil sürücülərin iş və istirahət vaxtı ilə bağlı qanunvericiliyin tələbinin pozulmasıdır. Daşıyıcılar sürücüləri qanunvericilikdə nəzərdə tutulmuş normadan 2 dəfə artıq işlədirlər ki, bu da onların sükan arxasında avtobusları yorğun halda idarə etmələrinə gətirib çıxarır”.

 

Onun sözlərinə görə, sərnişindaşıma xidmətlərinin göstərilməsinə laqeyd yanaşan daşıyıcılar daşımalardan kənarlaşdırılacaq:


“Bu cür halların baş verməməsi, sərnişindaşımada göstərilən xidmətin həm keyfiyyət, həm də təhlükəsizlik nöqteyi-nəzərdən yüksəldilməsi məqsədi ilə mütəmadi olaraq daşıyıcılarla iş aparılır. Xüsusi ilə sürücülərin peşəkarlığı, onların yol hərəkəti qaydalarına riayət etmələri , sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması üçün Agentlik tərəfindən daşıyıcılara zəruri tapşırıqlar verilir. Buna baxmayaraq, daşıyıcılar, onların dispetçer və sürücü heyəti tərəfindən sərnişindaşıma və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl olunmur.  Bir daha qeyd edirik ki, bu cür qayda pozuntularına yol verən şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada tədbirlər görüləcək, sərnişindaşıma xidmətlərinin göstərilməsinə laqeyd yanaşan daşıyıcılar daşımalardan kənarlaşdırılacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
21 yaşlı məhkum özünü asdı 18 Noyabr 2019, 00:34 Belarus Parlamentinə 110 deputatı seçildi 18 Noyabr 2019, 00:16 Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü 17 Noyabr 2019, 23:51 Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq 17 Noyabr 2019, 23:29 Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu 17 Noyabr 2019, 23:07 Gəmidə yanğın oldu 17 Noyabr 2019, 22:44 Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23