Arxiv
9 Noyabr 2019, 16:25 | AKTUAL
Azərbaycan hər birimizin doğma evidir!

 9 noyabr tarixi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün ən əziz bayram günüdür.

Cəmi on il əvvəl, 2009-cu ilin 17 noyabr tarixində Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Bayrağı Gününün təsis edilməsi barədə” sərəncam imzalayıb. Həmin ilin 4 dekabr tarixində isə Milli Məclis 9 noyabr gününü Dövlət Bayrağı Günü olaraq rəsmən təsdiq edib. Bu qərar həm tarixi ədalətin bərpa olunması, həm də övladlarımızın, böyüyən nəslimizin milli vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyət daşıyır. Axı Xalq Cumhuriyyəti dövründən bizə yadigar qalan üç rəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərinə və ümumbəşəri dəyərlərə sadiq olduğunu əyani göstərir. Həmçinin dövlət müstəqilliyi bərpa olduqdan sonra ölkəmizin bütün vətəndaşları üçün dövlət bayrağı milli suverenliyin rəmzi kimi müqəddəs dövlətçilik atributuna çevrilib.

 

Belə ki, dövlətçiliyimizi qoruyub saxlamağa hansı ölkənin vətəndaşı olursa-olsun hər bir azərbaycanlı həyatını həsr etməli, bu yolda var qüvvəsi ilə çalışmalıdır. Azərbaycan hər birimizin doğma evidir, bu evi qorumaq, bu evi abadlaşdırmaq, sahmana salmaq xalqımızın hər bir fərdi üçün öncül məsələdir. Bununla yanaşı Azərbaycan müxtəlif xalqların vətənidir. Həmin xalqların övladları da doğma yurdun azadlığı, ərazi bütövlüyü uğrunda azərbaycanlılarla çiyin-çiyinə vuruşublar. Onlar da müxtəlif idman, zəka, siyasət meydanlarında doğma ölkələrini tanıdıb, adını ucaldıb, bayrağını dalğalandırıblar. Və hər bir azərbaycanlı kimi doğma Azərbaycanın bayrağını yüksələn görəndə sevinc göz yaşlarını axıdıblar. Ukraynada yaşayan azərbaycanlılar da öz ölkələrinə sədaqəti qoruyaraq ata-babalarının Vətənini daim xatırlayır, onun rifahı, onun güclənməsi üçün əllərindən gələni etməyə hazırdırlar. Hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının ən ümdə arzusu üç rəngli bayrağımızın Şuşada, Xankəndində, bu gün işğal altında olan bütün torpaqlarımızda yüksəldiyini görməkdir – buna şübhəm yoxdur. Bu arzumuzun çin olacağı gününün yaxın olduğuna da əminəm. Allah Azərbaycanımızı hifz etsin!

 

Hikmət Cavadov, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəkər sabah dəfn olunacaq: Atasının Rusiyadan gəlməsini gözləyirlər 23 Noyabr 2019, 00:46 Türkiyədə 3,7 bal gücündə zəlzələ oldu 23 Noyabr 2019, 00:27 Argentina 17 "siyasi" səfirini geri çağırır 23 Noyabr 2019, 00:14 Polşada erməni təxribatının qarşısı alındı 22 Noyabr 2019, 23:58 Azərbaycan neftinin qiyməti dəyişdi 22 Noyabr 2019, 23:40 "Sumqayıt"ın prezidenti mükafat verəcək 22 Noyabr 2019, 23:23 ABŞ-dan İrana növbəti sanksiya 22 Noyabr 2019, 23:04 Prezidentdən 12 min illik göllə bağlı təlimat 22 Noyabr 2019, 22:49 "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq" - Qurban Qurbanov 22 Noyabr 2019, 22:34 Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqlı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Mehriban Əliyeva Vladimir Putinlə görüşdü - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Prokuror olmaq istəyən 30 nəfər uğur qazandı 22 Noyabr 2019, 18:10 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34