Modern.az

İraqdakı partlayışda beş italiyalı hərbçi xəsarət adlı

İraqdakı partlayışda beş italiyalı hərbçi xəsarət adlı

10 Noyabr 2019, 22:48

İraqda baş verən partlayış zamanı beş italiyalı hərbçi xəsarət alıb.

Modern.az  “RİA  Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hərbçilər İraqa ölkənin təhlükəsizlik qüvvələrinə terrorçu qruplara qarşı mübarizə üsullarını təlim vasitəsilə öyrətmək üçün gəliblər.

Yaralanan 5 hərbçiyə dərhal yardım göstərilib. Onlar ABŞ vertolyotları ilə evakuasiya edilərək xəstəxanaya aparılıb.

Beş yaralıdan üçünün vəziyyəti ağırdır. Lakin onların həyatı üçün təhlükə yoxdur.

Bildirilib ki, hadisə barədə hərbçilərin yaxınlarına məlumat verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir