Arxiv
13 Noyabr 2019, 17:50 | AKTUAL
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” - VİDEO

ARB TV-nin “Rezonans” proqramında bu dəfə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olan, 1994-cü il təvəllüdlü məhkum Arsen Baqdasaryan Eduardoviç öz həyat hekayəsini danışıb.

 

Modern.az erməni əsirin müsahibəsini təqdim edir:

 

Arsen Baqdasaryan: – Məhkum (Cəzası-15 il): “Azərbaycan Respublikasının Xankəndi şəhərində, 1994-cü ildə anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra peşə məktəbinə daxil olmuşam. Peşə məktəbini bitirdikdən sonra Yerevan şəhərinə göndərdilər. 4 ay orada gizirlik məktəbi oxumuşam, sonra sertifikatlar verildi. Dedilər ki, siz dünyanın hər bir yerində xidmət göstərə bilərsiniz. Məni daha sonra Qarabağa göndərdilər. Mənə bütün hərbi sirrləri öyrətdilər, minalar necə hazırlanır, necə yerləşdirilir. Əskəran polkunun komandiri Calal Arutunyan var idi, bildiyim qədərilə onu hazırda öldürüblər. O gəldi, mənə mülki paltarlar gətirdi. İki nəfərlə birlikdə bizi Ağdərəyə gətirdilər, təmas xəttinə. Sonra əskərlər məni gördülər, havaya atəş açdılar. Dedim ki, çobanam. Altdan geyindiyim hərbi formanı gördülər. Dedilər onu hardan tapmısan, dedim satırdılar, alıb geyinmişəm. Və sonra təkid etdikdən sonra mən dedim ki, siz tərəfdə yaşamaq istəyirəm, təslim oluram. Mənimlə gələn 2 nəfər isə minaları basdırıb getmişdilər. Heç bilmirəm harada basdırıblar. Amma bilirəm ki, 17 ədəd mina basdırılıb. Cinayət törətdiyimi bilirəm. Məhkəmə prosesindən də narazı deyiləm. Mənə heç bir təzyiq edilməyib, mənimlə çox hörmətlə davranılıb, baxmayaraq ki, mən cinayət törətmişəm. Törətdiyim cinayət əməlinə görə çox peşmanam. Burada yeməklər də çox kalorilidir, sanki cənnətdəyəm. Mən Azərbaycan vətəndaşıyam.

 

Hətta burada Azərbaycan bayrağı da düzəldib çarpayımdan asmışam. Bütün otaqlarda Azərbaycan bayrağı var, mən də düşündüm ki, mənim də saxlandığım otaqda Azərbaycan bayrağı olsun. Bayrağı düzəldərkən də heç kimdən icazə almamışam, bilirəm ki, onlar da etiraz etməzlər bayrağı otağımdan asmağıma.

 

Orada təbliğat aparırdılar ki, Azərbaycanlılar toraqları işğaldan azad eləsələr ana-bacılarımızı zorlayacaqlar, onları tikə-tikə edəcəklər. Lakin mən iki ildir burdayam, erməniyəm, əslində burda məni vura da bilərlər amma indiyə qədər bir dənə də olsun sillə vurmayıblar. Bu da onların danışdığı yalanların əsl cavabıdır. Burada heç kimi zorlamırlar.

 

Bu çəkiliş vasitəsilə Azərbaycan Respublikasının prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, ölkədə gözəl şərait yaradıb. Eyni zamanda Azərbaycan xalqından cinayətlərimə əməllərimə görə üzr istəyirəm. Əgər bağışlaya bilirlərsə məni bağışlasınlar”

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər 26 Yanvar 2021, 16:36 Azərbaycanda ceyranların sayı ARTDI 26 Yanvar 2021, 16:30 Yoluxma yenə artdı, ölü sayı AZALDI 26 Yanvar 2021, 16:25 Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB 26 Yanvar 2021, 16:23 Çörək və unun satışı vergidən azad olunur 26 Yanvar 2021, 16:20 Sahibkarlara 39 milyon manat maliyyə dəstəyi göstərildi 26 Yanvar 2021, 16:15 Tağı Əhmədov xəstəxanaya yerləşdirildi 26 Yanvar 2021, 16:09 Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE 26 Yanvar 2021, 16:03 Nazir regional idarələrə yeni rəislər təyin etdi 26 Yanvar 2021, 16:00 Prezident Oqtay Şahbazovu işdən azad etdi 26 Yanvar 2021, 15:55 Ramin Quluzadə yeni vəzifəyə TƏYİN OLUNDU 26 Yanvar 2021, 15:50 İtaliya baş nazirsiz qaldı 26 Yanvar 2021, 15:45 Daşaltı döyüşünün iştirakçısı: “Nə qədər ki, Qafqazda erməni var, sakit dayana bilmərik!” - MÜSAHİBƏ 26 Yanvar 2021, 15:39 Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular - FOTO 26 Yanvar 2021, 15:34 Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq” 26 Yanvar 2021, 15:30 Dağıntılar altında qalan azyaşlının cəsədi tapıldı - VİDEO 26 Yanvar 2021, 15:18 Xəzərdə zəlzələ olub 26 Yanvar 2021, 15:12 İranda daha 79 nəfər koronavirusdan öldü 26 Yanvar 2021, 15:06 “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik” 26 Yanvar 2021, 15:00 AQTA-dan ictimai iaşə müəssisələrinin sahiblərinə müraciət - FOTO 26 Yanvar 2021, 14:56 Çingiz Qənizadədən polis əməkdaşları haqqında çəkilən videoya REAKSİYA 26 Yanvar 2021, 14:44 UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib 26 Yanvar 2021, 14:38 Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   26 Yanvar 2021, 14:33 İlham Əliyev fransalı dövlət katibini qəbul edib 26 Yanvar 2021, 14:28 "Azərbaycanda internet azaddır" - İlham Əliyev 26 Yanvar 2021, 14:22 İlham Əliyev azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağını AÇIQLADI 26 Yanvar 2021, 14:16 Prezident işdən çıxardığı nazirdən DANIŞDI 26 Yanvar 2021, 14:10 Prezident yeni naziri qəbul etdi - “Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız” 26 Yanvar 2021, 14:04 Şamaxıda püskürən vulkanın səbəbi açıqlandı 26 Yanvar 2021, 13:58 Pensiyaçılara şad xəbər - artımlar bu tarixdən veriləcək 26 Yanvar 2021, 13:52 Yeni rabitə naziri kimdir? - DOSYE 26 Yanvar 2021, 13:46 Lavrov-Zərif görüşü başladı – Qarabağ müzakirə olunur 26 Yanvar 2021, 13:40 Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq - Deputat   26 Yanvar 2021, 13:37 Ərdoğan türk hərbçilərin Azərbaycanda fəaliyyətini müzakirə edəcək 26 Yanvar 2021, 13:32 Baxçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - FOTO 26 Yanvar 2021, 13:26