Modern.az

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

14 Noyabr 2019, 17:22

 

Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Nazirliyinin SABAH qrupları və “Sağlam təhsil-sağlam millət” layihələrinin birgə əməkdaşlığı ilə Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, SABAH qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə, Milli Təhsil Texnologiyaları Mərkəzinin direktoru Şamil Süleymanlı, universitetin əməkdaşları və digər şəxslər iştirak ediblər.

 

Açılış mərasimində bildirilib ki, ali təhsil müəssisəsinin SABAH qruplarının ibtidai sinif müəllimliyi ixtisası üçün nəzərdə tutulan auditoriya “Sağlam təhsil – sağlam millət” layihəsinin konsepsiyasına uyğun təchiz edilib. Tələbələrin yeni təhsil texnologiyaları ilə birbaşa istifadə zamanı tanış olmaları məqsədilə auditoriyanın təchizatı bu formada qurulub. Sağlam təhsil şəraitli tədris tələbələrin təhsil keyfiyyətini yüksəldir, onlara yeni bilik və bacarıqlar aşılayaraq dərslərin sağlam təhsil modeli üzrə aparılmasına imkan yaradır. Sağlam təhsil auditoriyası SABAH tələbələri üçün müasir təhsil laboratoriyası qismində çıxış edir.

 

Qeyd edilib ki, hər iki layihənin 5 illik birgə fəaliyyəti çərçivəsində SABAH tələbələri üçüncü tədris ilinin qış tətili dövründə plandan kənar olaraq ümumtəhsil məktəblərində sağlam təhsil siniflərində təlimlərdə iştirak edir,  2 həftəlik təcrübəyə cəlb olunur, bu siniflərin quruluş və iş prinsipləri ilə yaxından tanış olurlar.

 

Bu müddət ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan 97 SABAH tələbəsi sağlam təhsil siniflərində pedaqoji təcrübəyə cəlb olunub.

 

Layihələrin birgə əməkdaşlığı əmək bazarının tələblərinə uyğun savadlı, bacarıqlı, hazırlıqlı mütəxəssisləri formalaşdırıb fiziki-psixi və mənəvi cəhətdən sağlam, yüksək təlim və yaradıcılıq qabiliyyətinə malik proqressiv vətəndaşın yetişməsinə imkan yaradır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub