Arxiv
14 Noyabr 2019, 18:41 | AKTUAL
“Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev

Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az-ın məlumatına görə, qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirib:

 

“Bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz bu prosesə böyük təkan verir. Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır".

 

Nazir qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Qonşu ölkənin kino mütəxəssisləri ilə birgə layihələrdən söz açan Əbülfəs Qarayev Azərbaycanda İran kinosunun uğurlarının diqqətlə izlənildiyini dedi, bu sahədə İranın təcrübəsindən istifadə edilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

 

Nazir onu da vurğulayıb ki, qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi istiqamətində işlər davam etdirilməlidir. Gələn il üçün bu sahədə həyata keçiriləcək layihələr nəzərdən keçirilməlidir.

 

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman ötən gün Prezident İlham Əliyevlə görüşünü, eləcə də Bakıda Dünya dini liderlərinin II Sammitində iştirakını diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir:

 

“İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri genişlənir. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdir. Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin inkişafından məmnunam”.

 

Görüş zamanı hər iki ölkədə mədəniyyət sahəsi üzə fəaliyyət göstərən televiziya kanalları arasında əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Sədr Abuzər İbrahimi  həmçinin İranda Azərbaycan mədəniyyəti və kino günlərinin ən yüksək səviyyədə keçirilməsinə hazır olduqlarını vurğulayıb. Daha sonra Xəzəryanı ölkələr arasında müştərək mədəni layihələrin həyata keçirilməsinin zəruriliyini də qeyd edib.

 

Görüş mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur 3 İyul 2020, 18:45 Şeyx din xadimlərini topladı - FOTO 3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36 Naxçıvanda 11 nəfər koronavirusdan ölüb 3 İyul 2020, 18:35 Prezident Şahin Mustafayevi bu vəzifədən azad etdi - SƏRƏNCAM 3 İyul 2020, 18:31 “Türk Hava Yolları” İstanbul-Bakı reysi ilə bağlı açıqlama YAYDI 3 İyul 2020, 18:30 Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək  - Prezidentin köməkçisi 3 İyul 2020, 18:26 “Məndə koronavirus var” deyə özündən şübhələn şəxs öncə hara zəng etsin? 3 İyul 2020, 18:23 TƏBİB sədrindən evdə qalanlara məsləhət: idman edin! 3 İyul 2020, 18:20 Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi 3 İyul 2020, 18:14 Metronun sərnişinləri 600 mindən 160 minədək azalıb 3 İyul 2020, 18:10 Hamilələr xəstəliyi daha ağır keçirir? - TƏBİB-dən cavab 3 İyul 2020, 18:07 Ramin Bayramlı jurnalistlər və həkimlərin yoluxmasından danışdı 3 İyul 2020, 18:03 İyulun 5-dən sonra SMS-lə icazə alanda avtomobil də qeyd olunmalıdır - TƏLƏB 3 İyul 2020, 18:00 Yoluxma simptomu olmayanlar təhlükəli şəxslərdir - Ramin Bayramlı 3 İyul 2020, 17:56 Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi 3 İyul 2020, 17:56 Rayonlara gediş-gəliş hələ açılmayacaq - Prezidentin köməkçisi  3 İyul 2020, 17:52 İyun ayının 190 manatı bu tarixdə veriləcək - RƏSMİ 3 İyul 2020, 17:49 Şənbə-bazar günü işə gedənlər nə edəcək? - Operativ Qərargahdan AÇIQLAMA 3 İyul 2020, 17:46 SMS icazə sistemində YENİLİK edildi 3 İyul 2020, 17:44 Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı 3 İyul 2020, 17:40 icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ 3 İyul 2020, 17:39 Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədri 3 İyul 2020, 17:34 “Yas mərasimində 84 nəfər koronavirusa yoluxub” - Ramin Bayramlı 3 İyul 2020, 17:29 Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR 3 İyul 2020, 17:24 Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir 3 İyul 2020, 17:21 Koronavirusla bağlı qeyri-müəyyənlik davam edir - Prezidentin köməkçisi  3 İyul 2020, 17:18 Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi 3 İyul 2020, 17:17 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü  3 İyul 2020, 17:16 Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi 3 İyul 2020, 17:13 Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO 3 İyul 2020, 17:11 Operativ Qərargah brifinq keçirir - Canlı 3 İyul 2020, 17:05 İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı 3 İyul 2020, 17:00 Baş Nazir sərt karantin rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51