Arxiv
15 Noyabr 2019, 18:42 | AKTUAL
Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra Elşad Həsənovun noyabrın 14-də sakinlərlə ilk səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində 150 saylı tam orta məktəbin akt zalında keçiriliB.

 

İcra hakimiyyətindən Modern.az-a verilən məlumata görə, səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və 400 nəfərədək rayon sakini iştirak ediblər.

 

 

Yasamal rayon İcra Hakimiyyətinin başçısı E.Həsənov Azərbaycan Respublikası Prezidentinin ötən il keçirilmiş seçkilərindən dərhal sonra bəyan etdiyi çağırışlara uyğun olaraq imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək vətəndaşların rifahının yaxşılaşdırlması istiqamətində aparılan iqtisadi və sosial islahatları, onların əhəmiyyətini sakinlərin diqqətinə çatdırıb. E.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni təyin olunmuş İcra Hakimiyyhəti başçılarını qəbul edərkən verdiyi tapşırıq və tövsiyyələrin tam həcmdə və yüksək keyfiyyətlə icra olunacağını, Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin və əsaslı sosial infrastruktur layihələrin icrasının bundan sonra da davam etdiriləciyini bildirib. 

 

Qəbul-görüşdə çıxış edən rayon sakinləri bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüslərinə əsasən həyata kleçirilən iqtisadi və sosial islahatlara, struktur və kadr dəyişikliklərinə, bununla bərabər ölkədə və paytaxt Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısına müraciətlər ediblər.

 

Yasamal rayon İcra Hakimiyyətinin başçısı E.Həsənov sakinlərin çoxsaylı müraciətlərini, təklif və iradlarını dinlədikdən sonra bu müraciətlərin rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanlarının həlli istiqamətində tədbirlərin həyata keçiriləcəyini, digər müraciətlərin onlara baxılmasının təmin olunması məqsədi ilə aidiyyəti üzrə istiqamətləndiriləcəyini bildirib.

 

 

Yasamal rayon İcra Hakimiyyətinin başçısı xeyli müddət əvvəl yaranan və indiyədək aradan qaldırılmadığına görə mövcud olan problemlərin vaxtında və tam şəkildə həlli üçün Yasamal rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara hər bir köməklilklərin göstəriləcəyini bildirərək sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıqlarını verib.

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55 Bakı meriyasından koronavirus AÇIQLAMASI: “Əməkdaşlar arasında…” 4 İyul 2020, 11:47 UNEC brendi Estoniyada da tanındı 4 İyul 2020, 11:43 Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər 4 İyul 2020, 11:37 Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır 4 İyul 2020, 11:32 Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb 4 İyul 2020, 11:25 Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir” 4 İyul 2020, 11:12 Xətaidə qanunsuz kafe işlədən şəxs 2 min manat cərimələndi 4 İyul 2020, 10:57 Daxili İşlər Nazirliyinin əməkdaşlarının məzuniyyəti təxirə salınıb? 4 İyul 2020, 10:56 Parisdə yanğın - ölən var 4 İyul 2020, 10:43 Bəhram Bağırzadənin süni tənəffüs aparatından ayrılmağını gözləyirlər 4 İyul 2020, 10:36 İcazəsi olan şəxslər bu halda avtomobildən istifadə edə bilməz 4 İyul 2020, 10:28 Hacıqabulda karantin rejimini pozan 6 vətəndaş cərimələndi 4 İyul 2020, 10:14 Qazaxda nişan mərasimi etmək istəyənlər SAXLANILDI 4 İyul 2020, 10:05 Bakı küçələrində polis postları yenidən qurulub - AÇIQLAMA 4 İyul 2020, 10:03 Ermənilər 5 rayonumuzu atəşə tutdu 4 İyul 2020, 09:49